MİRZƏ SAKİTİN ACLIQ EDİB-ETMƏMƏSİ HAQQINDA ZİDDİYƏTLİ MƏLUMATLAR VAR

“Azadlıq” qəzetinin həbsdə olan satirik jurnalisti Mirzə Sakit  26 yanvarda başladığı aclığı bu gün dayandırıb.

Bu barədə RATİ-yə 14 saylı CÇ müəssissəsinin  rəisi Ərşad Həsənov verib. O bildirib ki, səhhətində olan bəzi problemlərə görə o, aclığa başlamışdır. Aclığı dayandırmasının səbəbini soruşduqda isə rəis bildirdi ki, “səhhəti ilə bağlı olan problemlər həll olunacaq və razılaşıb”.
M.Sakitin Ombusmanla görüşmək tələbinin yerinə yetirilibmi sualını cavablandırarkən, Həsənov qeyd edib ki, onun belə tələbi olmayıb, ərizədə bu tələb yoxdur”.  
Bu haqda məlumat almaq üçün RATİ  jurnalistin həyat yoldaşı ilə əlaqə saxladı. Rəna Zahidovanın verdiyi məlumata görə M.Sakitin aclıq aksiyasını dayandırması ilə bağlı xəbərlər yalnışdır. Belə ki, saat 18:15 radələrində jurnalistin saxlandığı 14 saylı CM ilə əlaqəsaxlayan R.Zahidovaya jurnalistin aclığı davam etdirdiyini bildiriblər.

Previous Post

MÜXBİR REKTORU VƏ KOMİTƏ SƏDRİNİ MƏHƏMƏYƏ VERDİ

Next Post

BAŞ PROKUROR ZİDDİYYTƏLİ AÇIQLAMA VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.