Baş Prokurorluğun İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Vüqar Əliyev mətbuata açıqlamasnda bildirib ki, dünən (06 fevral) baş prokuror Zakir Qaralov AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb.
Qaralov həmməruzəçilərlə görüşündə bildirib ki, “Azərbaycanda son dövrlərdə heç bir jurnalist peşə fəaliyyətinə görə məsuliyyətə cəlb olunmayıb”.
RATİ hesab edir ki, baş prokuror bilərəkdən ictimaiyyətdə çaşqınlıq yaradır. Jurnalistlərdən Eynulla Fətullayev peşə fəaliyyətinə görə tutulub. Belə ki, ona qarşı ittihamlar baş redaktoru olduğu qəzetdə dərc edilən “Əliyevlər müharibəyə gedir” adlı məqaləyə görə irəli sürülüb və o nəticədə 8 il 6 ay müddətinə həbs olunub. Digər jurnalistlər isə siyasi sifarişlərlə hüquq-mühafizə orqanlarının təşkil etdiyi provokasiyalar nəticəsində həbs edilib.