MSK SEÇKİLƏRLƏ BAĞLI MÜSTƏQİL MƏTBUAT MƏRKƏZİ AÇIB

Dünən ( 09 oktyabr ) Mərkəzi Seçki Komissiyası (MSK) Müstəqil Mətbuat Mərkəzinin təqdimatını keçirib.

Bu barədə “Yeni Müsavat” qəzetinin bu günkü (10 oktyabr) sayında xəbər verilir. Mərkəzin açılışı zamanı MSK-nın sədri Məzahir Pənahov bildirib ki, mərkəzin Azərbaycanda keçiriləcək prezident seçkisi ərəfəsində prezidentliyə namizədlərin, siyasi partiyaların nümayəndələri və ümumuyyətlə seçki ilə bağlı fikirlərini ictimaiyyətə çatdırmaq istəyənlərin üzünə açıq olacaq. Mərkəz sutka ərzində KİV nümayəndələrinin istifadəsində olacaq. M.Pənahovun sözlərinə görə, mərkəzdəki xidmətlərdən istifadə etməklə həm KİV nümayəndələri informasiyanı öz redaksiyalarına çatdıra bilərlər, həm də siyasi partiyalar, MSK üzvləri ilə jurnalistlər arasında görüşlər keçirilə bilər.         

Previous Post

PENİTENSİAR XİDMƏT SAKİT ZAHİDOVUN HƏYATINA TƏHLÜKƏNİN OLMADIĞINI İDDİA EDİR

Next Post

GENERALIN İDDİASI İLƏ MƏHKƏMƏ PROSESİ BAŞLANIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.