MTRŞ SƏDRİ AZTV-NİN İDMAN KANALINI ALMASINI QANUNİ HESAB EDİR

       “Azərbaycanda idman kanalının açılması ilə bağlı aprelin 21-də elan olunmuş müsabiqəyə iddiaçı kimi yalnız “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti rəsmi şəkildə müraciət edib”.

Bunu RATI-yə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirdi:
     MTRŞ sədri dövlət büdcəsindən maliyyələşən AzTV-nin yeni açılacaq  idman kanalını almasını da  qanuni hesab edir:   ““Azərbaycan Televiziya və Radio Verilişləri”  artıq iki ilə yaxındır ki, Qapalı Səhmdar Cəmiyyətdir. Belə olduğu halda AzTV-nin idman kanalını almasında heç bir problem yoxdur”, – deyə vurğulayan şura sədri habelə əlavə etdi ki, yaxın gələcəkdə  AzTV-nin səhmləri də satışa çıxarılacaq.

Previous Post

BAŞ REDAKTORA OXUMAQ ÜÇÜN QƏZET VERİLMİR

Next Post

“XALQ CƏBHƏSİ” QƏZETİ YERLƏŞDİYİ BİNADAN ÇIXARILIR

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.