MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ DAHA DA KƏSKİNLƏŞİB

Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində müalicə olunan “Bizim Yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun səhhəti daha da kəskinləşib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna dünən (01 noyabr) onunla görüşən qardaşı Sərvər Hüseynov məlumat verib. Onun sözlərinə görə, 3 saylı cəza çəkmə müəssisəsində onu səbəbsiz olaraq süni şəkildə gözləməyə məcbur ediblər və görüşə gələnlər yağışlı, soyuq və açıq havada gözləməli olublar. “Havalar soyuyandan sonra Müşfiqin xəstəliyi daha da kəskinləşib. Xəstəxanada istilik sistemi hələ işə salınmadığından soyuq olur. Öz vəziyyətinə gəldikdə özünü çox zəif  və halsız hiss edir, temperaturu yüksək olur. Danışanda fasilələrlə danışır, tənginəfəslik özünü büruzə verir. Xəstəlik əvvəl sağ tərəfdə olub, indi isə sol tərəfdə də baş qaldırıb və “sol ağciyərin infiltrativ ocaqlı vərəm dağılma mərhələsində”dir. Qaraciyərində də ciddi problemlər yaranıb və kəskin ağrılar olur” – deyən S.Hüseynov bildirdi ki, Müşfiq Hüseynov qaraciyəri ilə əlaqədar olaraq da müalicə almağa başlayıb.

Xatırladaq ki, M.Hüseynov 2007-ci il iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.

Previous Post

“AMERİKANIN SƏSİ” VƏ “AZADLIQ” RADİOLARININ “TÜRKSAT” PEYKİNDƏ YAYIMI DAYANDIRILIB

Next Post

“MEDİA MONİTORİNQİ İNSTİTUTU”NUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.