NAXÇIVANDA MÜSTƏQİL JURNALİSTLƏR SEÇKİ MƏNTƏQƏLƏRİNƏ BURAXILMAYIB

Dünən (23 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvan üzrə bölgə müxbiri Həkimeldostu Mehdiyev və “Azadlıq” radiosunun Naxçıvandakı bölgə müxbiri Məlahət Nəsibova Bələdiyyə seçkilərinin gedişini izləmək və məlumat almaq üçün məntəqələrə buraxılmayıblar.

H.Mehdiyevin bildirdiyinə görə, Naxçıvan Muxtar Respublikası ərazisində olan 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Kəngərli Dairə Seçki Komissiyalarının ərazisində olan məntəqə seçki komissiyalarına daxil olmalarına  icazə verilməyib. “Özünü 3 saylı dairə seçki komissiyasının 40 saylı məntəqəsinin sədri kimi təqdim edən Azər İsmayılov təlimatın yuxarıdan verildiyini bildirdi. Biz yalnız 4 saylı dairə Seçki  Komissiyasının 15 saylı məntəqəsinə daxil olub orada seçkilərin gedişi ilə maraqlana bildik. Yol üzərində rastlaşdığımız məntəqələrin hamısında bizə məntəqələrə girməyin qadağan edildiyini bildirdilər” – deyə H.Mehdiyev bildirib.
Previous Post

“AZADLIQ” QƏZETİNİN 20 YAŞI OLDU

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.