SEÇKİLƏRİN MONİTORİNQİ VƏ DEMOKRATİYANIN TƏDRİSİ MƏRKƏZİ HESABAT AÇIQLAYIB

Bu gün (26 noyabr) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 23 dekabr bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb.

8 oktyabr – 24 noyabr tarixlərin əhatə edən hesabatda seçki məsələləri ilə yanaşı, bu dövr ərzində insan haqlarının və vətəndaş cəmiyyətinin  vəziyyəti də əksini tapıb. Hesabatda bələdiyyə seçkiləri ərəfəsində siyasi məhbus hesab edilən şəxslər və həbsdə olan jurnalistlərin azad olunması barədə heç bir tədbir görülməməsi, gənc bloqçulara günahsız olduqları halda ağır cəza verilməsi, etiraz aksiyalarında jurnalistlərin və fəalların polis tərəfindən saxlanılması əksini tapıb.

Həmçinin SMDT-nin dəfələrlə müraciət etməsinə baxmayaraq Ədliyyə  Nazirliyində qeydə alınmaması və məhkəmələrin bu barədə iddiaları təmin etməməsi də xüsusi qeyd olunub.

 
  Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,378/lang,az/
Previous Post

NOVRUZƏLİ MƏMMƏDOVUN DİAQNOZU İLƏ MÜALİCƏSİNİN ADEKVATLIĞININ TƏYİN OLUNMASI İLƏ BAĞLI EKSPERTİZA TƏ

Next Post

VALİDEYNLƏRİ ADNAN HACIZADƏ VƏ EMİN MİLLİ İLƏ GÖRÜŞÜBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.