“ÖLKƏ” QƏZETİNİN ƏMƏKDAŞI TƏZYİQLƏ ÜZLƏŞİB

    “Ölkə” qəzetinin əməkdaşı Nicat Dağlar peşə fəaliyyəti zamanı təzyiqə məruz qalıb. Bu barədə bu gün (30 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Nicat Dağların özü məlumat verib.

     N. Dağlar bildirdi ki, o ölkəyə gətirilən kənd təsərrüfatı texnikası barədə  araşdırma aparır. Araşdırma çərçivəsində rayonların  kənd təsərrüfat texnikası ilə necə təmin edilməsi və onların ümumi sayı barədə məlumatlar toplayır. Bu məqsədlə o bu gün  “Aqrolizinq” Səhmdar Cəmiyyətinin Bakıxanov qəsəbəsində yerləşən baş idarəsində olub. Burda isə jurnalist təzyiqlə üzləşdiyini bildirir.

     “Mən bir jurnalist kimi öz peşə fəaliyyətimi yerinə yetirdiyimi və sorğuma cavab məqsədilə idarəyə gəldiyimi bildirdim. Lakin əməkdaşlar və idarənin mühafizə xidməti məni itələyərək, ofisdən çıxardılar”, – deyən jurnalist məsələ barədə Kənd Təsərrüfatı naziri İsmət Abbasova müraciət edəcəyini bildirdi.

     Qeyd edək ki, “Ölkə” qəzeti 2008-ci ilin fevral ayında fəaliyyətə başlayıb və həftədə bir dəfə dərc olunur.

Previous Post

“DEMOKRAT” QƏZETİ MALİYYƏ PROBLEMİNƏ GÖRƏ NƏŞRİNİ DAYANDIRIB

Next Post

EYNULLA FƏTULLAYEVƏ DƏSTƏK MƏKTUBLARI GƏLMƏKDƏ DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.