Həftəlik nəşr olunan “Demokrat” qəzeti öz nəşrini dayandırıb. Bu barədə bu gün (30 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin baş redaktoru Mustafa Hacıbəyli məlumat verib.
Baş redaktorun sözlərinə görə, fasiləyə səbəb maliyyə problemləri ilə əlaqədardır və gələn ilin yanvarından qəzet yenidən nəşrə başlayacaq.
Qeyd edək ki, “Demokrat” qəzeti 2010-cu il martın 4-dən çıxır və həftəlik nəşr olunur.