PARLAMENT SEÇKİLƏRİ DÖVRÜNDƏ TELEKANALLARIN VƏ RADİOLARIN MONİTORİNQİ ÜZRƏ HESABATLAR AÇIQLANIB

Bu gün (18 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnsitutunun (RATİ) mətbuat mərkəzində 2010-cu il 7 noyabr parlament seçkiləri dövründə ümumrespublika telekanallarının və  radioların monitorinqi üzrə ilkin nəticələr açıqlanıb.

Telekanalların monitorinqini aparan təşkilat – RATİ- nin  sədri Emin Hüseynov  layihə barədə ümumi məlumat verərək bildirib ki, ilkin hesabat 28 sentyabrdan 7 oktyabr dövrünü əhatə edir. Onun sözlərinə görə bu hesabat ilkin təəssüratın yaradılmasına köməklik göstərəcək. Hüseynov Azərbaycanda ilk dəfə olaraq seçki dövründə radioların monitorinqinin aparıldığını və bu monitorinqin Media Monitorinqi İnstitutu tərəfindən həyata keçirildiyini də vurğulayıb. 2009-cu ilin yanvarında Azərbaycanda xarici radiostansiyaların bağlandığını xatırladan Hüseynov bu mənada radio monitorinqinin əhəmiyyətini diqqətə çatdırıb.  
RATİ-nin əməkdaşı Rəsul Cəfərov telekanalların monitorinqi üzrə  nəticələrini vurğuluyaraq bildirib ki, telekanalların əksəriyyəti seçkilərə biganə münasibət göstəriblər, seçkilərlə bağlı məlumatlar bir qayda olaraq Mərkəzi Seçki Komissiyasının iclasları və  müxtəlif müşahidə missiyalarının tədbirləri ilə bağlı verilib.
     Heç bir telekanalda  seçkilər mövzusunda müzakirə və debat xarakterli verilişlər nümayiş edilməyib.
 Bir neçə telekanal (ANS, ATV) MSK tərəfindən hazırlanan seçkilərlə bağlı sosial reklamlar göstərməyib.
 Hakim YAP partiyasının sədri, eyni zamanda prezident olan İlham Əliyev geniş və əsasən pozitiv şəkildə işıqlandırılıb.
 Yaradılan seçki bloklarının, bu bloklara daxil olan siyasi partiyaların, habelə müstəqil partiyaların fəaliyyətlərinin işıqlandırılması yox dərəcəsində olub.
   ATV, “Lider”, “Xəzər” telekanalları Əli Kərimliyə qarşı qara piardan istifadə edib.
   Radioların monitorinqinin nəticələri barədə məlumat verən baş monitor  Rəşad Əliyev bildirib ki, monitorinqi aparılan radioların göstərdiyi nəticələr telekanalların göstərdiyi nəticələrdən heç də yaxşı deyil, bəzi məqamlarda isə daha pisdir.   Onun sözlərinə görə , radioların efirində seçkilərlə bağlı mövzuya az vaxt ayrılıb.  Monitorinqi aparılan bütün radio kanallar Yap sədri İ. Əliyevə daha geniş efir vaxtı ayırıblar. ANS istisna olmaqla, digər radiolarda parlament seçkiləri ilə bağlı tok-şou  və  digər verilişlərə rast gəlinməyib. Heç bir radioda seçkilərlə bağlı sosial reklam efirə yayımlanmayıb.
    Media Hüququ İnstitutunun proqram  Xalid Ağaliyev monitorinqin nəticələrini şərh edərkən qeyd edib ki, nə radiolar, istər  TV, istərsə də radiolar ədalətlilik, qərəzsizlik obyektivlik prinsiplərinə əməl etməyiblər. Ödənişli efir vaxtlarının qiyməti isə olduqca bahadır. Ümumi vəziyyəti qiymətləndirən Xalid Ağaliyev yayım mediasının hakimiyyətin inhisarında olduğunu bildirib.
Parlament seçkisi zamanı mediada monitorinq layihəsi ATƏT – in Bakı Ofisi tərəfindən dəstəklənir. Layihəyə texniki dəstək Avropa Komissiyasının maliyyələşdirdiyi “Azad Dalğalar ” layihəsi çərçivəsində təmin edilir.

http://www.irfs.az/component/option,com_remository/Itemid,32/func,fileinfo/id,34/lang,az/

Previous Post

SABAHDAN ETİBARƏN EYNULLA FƏTULLAYEV ACLIQ AKSİYASINA BAŞLAYACAQ

Next Post

PARLAMENT SEÇKİLƏRİ DÖVRÜNDƏ TELEKANALLARIN VƏ RADİOLARIN MONİTORİNQİ ÜZRƏ HESABATLAR AÇIQLANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.