SABAHDAN ETİBARƏN EYNULLA FƏTULLAYEV ACLIQ AKSİYASINA BAŞLAYACAQ

Sabah (19 oktyabr ) “Gündəlik Azərbaycan” və  “Realniy Azerbaydjan” qəzetinin baş redaktoru Eynulla Fətullayev aclıq aksiyasına başlayacaq.

Buna səbəb baş redaktor barədə Avropa Məhkəməsinin azadlıq qərarının dərhal icra olunmamasıdır. Bu barədə  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna baş redaktorun atası Emin Fətullayev bildirib.
 “Bu oğlumun mübarizəsində son addımdır. İnsan nə qədər əziyyət çəkər axı? İstəyir ki, cəmiyyətin diqqətini heç olmasa bu yolla çəksin. Ortada absurd var, amma heç kim dillənmir”- deyə Emin Fətullayev qeyd edib.  
 Qeyd edək ki, məhbus baş redaktor bu aksiyada ona dəstək verməsi üçün həmkarlarına, hüquq müdafiəçilərinə də müraciət edib.

Previous Post

APELLYASİYA MƏHKƏMƏSİ HÜQUQ MÜDAFİƏÇİSİNİN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Next Post

PARLAMENT SEÇKİLƏRİ DÖVRÜNDƏ TELEKANALLARIN VƏ RADİOLARIN MONİTORİNQİ ÜZRƏ HESABATLAR AÇIQLANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.