PENİTENSİAR XİDMƏT VƏ 12 SAYLI CƏZACƏKMƏ MÜƏSSİSƏSİ MƏHKƏMƏYƏ VERİLƏCƏK

12 saylı cəzacəkmə müəssəsində cəza cəkən  “Realniy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayeva qəzetlər verilmir.

Bu barədə RATİ-yə bir neçə gün bundan əvvəl baş redaktorla görüşmüş atası Emin Fətullayev məlumat verib.
Artıq problemlə E.Fətullayevin vəkili İsaxan Aşurov da məşğuldur. İ.Aşurov RATİ-nin əməkdaşı ilə telefon söhbətində bildirib ki, problemlə bağlı Ədliyyə Nazirliyi Penitensiyar Xidmətinə və 12 saylı cəzacəkmə müəssisəsinə müraciət edib. ”Mən ümumiyyətlə problemlə bağlı məhkəməyə müracət etmək fikrindəyəm”,- deyə İ. Aşurov bildirib.
Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətindən isə RATİ-yə bildiriblər ki, bu məlumat səftdir və E. Fətullayeva bütün qəzetlər verilir.
12 saylı cəzacəkmə müəssisəsinin xüsusi şöbəsinin İnspektoru Abbas Həsənov da E.Fətullayeva qəzetlərın verildiyini iddia etdi: “Pornoqrafik xarakterli qəzerlərdən başqa digər qəzetlərin məhbusa verilməsinə icazə verilir. Hətta  Fətullayevə evdən gələn kitabları da veririk”.
    

 
                          

Previous Post

ABŞ KONQRESMENLƏRİ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞƏCƏKLƏR

Next Post

AZƏRBAYCAN NƏŞRİYYATINDA OFSET ÇAP KOMPLEKSİ QURAŞDIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.