PUBLİSİST RAFİQ TAĞININ HƏYATINA SUİ-QƏSDLƏ BAĞLI REDAKTORLAR BİRLİYİNİN BƏYANATI

   Noyabrın 19-u axşam evinə qayıdan tanınmış publisist Rafiq Tağı naməlum şəxsin silahlı basqınına məruz qalıb və ona 6 bıçaq zərbəsi endirilib.

Vəziyyəti ağır olan R. Tağı xəstəxanaya çatdırılıb və onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Vəziyyəti ağır olaraq qalır.

    Redaktorlar Birliyi jurnalistə olan bu basqını pisləyir və hüquq-mühafizə orqanlarını cinayətin üstünü tezliklə açmağa, bu cinayət aktının sifarişçilərini və icraçılarını cəzalandırmağa çağırır.

            Redaktorlar Birliyi R. Tağıya sui-qəsdi Azərbaycanda azad sözə növbəti hücum kimi dəyərləndirir, ölkə hakimiyyətini konstitusiya vəzifəsini yerinə yetirməyə, jurnalistlərin azadlığını və təhlükəsizliyini  təmin etməyə çağırır.

            Noyabrın 10-da R. Tağının “kulis.az” saytında “İran və qloballaşdırmaya məhkumluğu” məqaləsi dərc edilib, həmin məqalədə yazar klerikal İrandakı hakim rejimini tənqidə məruz qoyur.

             2006-cı il noyabrın 15-də isə R. Tağı “Sənət” qəzetində dərc etdirdiyi “Avropa və biz” məqaləsinə görə R. Tağı 2006-cı il noyabrın 15-də həbsə alınıb, cinayət məcəlləsinin 283.1- ci (milli, irqi və dini ayrı-seçkiliyi qızışdırmaq) maddəsi ilə 3 il müddətinə məhkum edilib. 2007-ci ilin dekabrında amnistiya nəticəsində azadlığa buraxılıb.

Previous Post

“XURAL” QƏZETİNİN BÖLGƏ MÜXBİRİ 3 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB

Next Post

RATİ-NİN “XURAL” QƏZETİNİN BÖLGƏ MÜXBİRİNİN HƏBSİ İLƏ BAĞLI BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.