RATİ ƏFV FƏRMANININ İMZALANMAYACAĞINI GÜMAN EDİR

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) güman edir ki, jurnalistlər 22 iyul Milli Mətbuat Günü ilə əlaqədar əfv edilməyəcək.

Buna səbəb prezident İlham Əliyevin məzuniyyətə getməsidir. Belə ki, “Turan” İnformasiya Agentliyinin yaydığı məlumata görə, prezident İlham Əliyev bir həftəlik məzuniyyətə gedib.
RATİ Azərbaycanda fəaliyyət göstərən jurnalistlərə ehtiyatlı olmağı və heç bir provakasiyaya getməməyi tövsiyə edir. Belə ki, ötən il iyulun 24-də “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynov dövlət məmuru tərəfindən cinayətə təhrik edilərək həbs edilmişdi və bundan sonra dövlət qəzetlərində jurnalistləri ləkələmək məqsədilə onlara qarşı qarayaxma kampaniyası başlanmışdı. İyulun 25-də ölkəyə dönən İlham Əliyev isə əfv haqqında fərman imzalamamışdı. 
 Qeyd edək ki, 2007-ci ildə Milli Mətbuat Günü ərəfəsində də jurnalistlərin əfv ediləcəyi ilə bağlı dövlət rəsmiləri tərəfindən açıqlamalar verilmişdi. Əfv fərmanı imzalanmadıqda isə həmin dövlət rəsmiləri bunu İlham Əliyevin məzuniyyətdə olması ilə əlaqələndirmişdilər. Əfv fərmanının imzalanması birbaşa prezidentin səlahiyyətindədir.
Previous Post

ELMAR HÜSEYNOVUN AD GÜNÜ MƏZARININ ZİYARƏTİ İLƏ QEYD OLUNACAQ

Next Post

STREKALİN 1 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.