STREKALİN 1 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ

Bu gün (15 iyul) Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin bıçaqlanmasında təqsirli bilinən Sergey Strekalinə hökm oxundu.

Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa zərər yetirmə) maddəsi və 234.1 (narkotik əldə edilməsi və saxlanılması) maddəsi ilə təqsirli bilinən S. Strekalin 1 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.
          Belə ki, hökm oxunan zaman A. Xəlil məhkəməyə etiraz əlaməti olaraq hakimə arxasını çevirib. Hökm elan edildikdən sonra isə, haqsızlığa dözməyən jurnalist “Sizi Allaha tapşırıram, ar olsun belə məhkəməyə, vicdansızlar” deyərək etirazını bildirib. Bu zaman hakim A. Xəlilin zaldan çıxarılması göstərişini verib və məhkəmə nəzarətçiləri jurnalisti zaldan çıxarıblar.
         Xatırladaq ki, A. Xəlil 13.03.2008-ci il tarixində naməlum şəxslər tərəfindən bıçaqlanıb. İstintaq A. Xəlili bıçaqlayan şəxsinin S. Strekalin olduğunu bildirsə də, zərərçəkən ümumiyyətlə bu adamı tanımadığını bildirir. 
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,84/
Previous Post

RATİ ƏFV FƏRMANININ İMZALANMAYACAĞINI GÜMAN EDİR

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.