RATİ-NİN ƏVƏZ ZEYNALLI BARƏDƏ HƏBS-QƏTİ İMKAN TƏDBİRİNİN MÜDDƏTİNİN ARTIRILMAĞINA GÖRƏ BƏYANATI

 Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu yanvarın 18-də "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı haqqında daha 3 ay müddətinə  həbs qətimkan tədbiri seçilməsini qətiyyətlə pisləyir və Azərbaycan hökumətindən onun dərhal azad edilməsini tələb edir. 

Belə ki, Zeynallı oktyabrın 19-da Azərbaycan parlamentinin  deputatı Gülər Əhmədovanın şikayəti ilə ona qarşı açılmış cinayət işi ilə bağlı həbs edilib. Sonuncu redaktorun ondan güya pul tələb etdiyini  iddia edir. Lakin Əvəz Zeynallı həmkarlarına bildirib ki, Əhmədova onun yanına gələrək, hakimiyyətə qarşı loyallığı müqabilində pul təklif edib.  Habelə qeyd edək  ki,  Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qəzetə qarşı iddiasına əsasən çıxarılmış 10.000 manat və KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin iddiası üzrə çıxarılmış  5.000 manat, və müğənni Nüşabə Ələsgərlinin iddiası üzrə çıxarılmış 4.000 manat cəriməyə görə 2011-ci ilin may ayında “Xural” qəzetinin əmlakı siyahıya alınmışdı. Amma qəzetin cərimələri ödəməyə maddi imkan olmadığından icranın dayandırılması ilə bağlı məhkəməyə müraciət edib.  
RATİ yuxarıda sadalanan faktlara əsaslanaraq qeyd edir ki, bütün bu addımlar müstəqil şəkildə, müstəqil  bir qəzetin susdurulmağı üçün atılıb və bunun məsuliyyətini birbaşa ölkə rəhbərliyi daşıyır.

Previous Post

“AZADLIQ” VƏ “YENİ MÜSAVAT” QƏZETLƏRİ CƏRİMƏLƏNDİ

Next Post

RATİ-NİN “AZADLIQ” VƏ “YENİ MÜSAVAT” QƏZETLƏRİ BARƏDƏ ÇIXARILMIŞ MƏHKƏMƏ QƏRARINA DAİR BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.