RATİ-NİN BƏYANATI: MEDİA HÜQUQLARI İNSTİTUTU VƏ BAŞQA QHT-LƏR TƏZYİQLƏRƏ MƏRUZ QALIB

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Media Hüquqları İnstitutunun (MHİ) vaxtından əvvəl yerləşdiyi ofisindən zorla köçürdülməsini qınayır və Azərbaycanda QHT-lərə qarşı təzyiq dalğasının hələ də davam etməsindən narahatlıq keçirdiyini bəyan edir.

MHİ-nin direktoru Rəşid Hacılının RATİ-yə verdiyi məlumata görə , MHİ-nin Bakı şəhərində Kaveroçkin küçəsindəki ofis üçün sahibkar ilə uzun müddətli icarə razılaşması bağladığına baxmayaraq, sahibkar MHİ-dən ofisi müqavilə vaxtından əvvəl boşaltmağı tələb edir. Hacılının əldə etdiyi məlumat göstərir ki, məhz hökumət orqanları sahibkara MRİ-ni ofisdən çıxartmaq üçün təzyiq göstəriblər.

     RATİ həm də qeyd edir ki,  iyunun 23-də RATİ-nin mətbuat mərkəzində keçirilən iki mətbuat konfransı zamani polislər RATİ-nin ofisi qarşısında dayanıb və həm təşkilatın sədri, həm də tədbirin  təşkilatçılarından biri ilə danışmaq üçün tədbirlərə müdaxilə ediblər. Səbail rayonu polis şöbəsindən olan polis məmuru tədbirin mövzusunun nə olduğunu təkidlə tələb edib. RATİ-nin mətbuat mərkəzi 2007-ci ildən bəri eyni ünvanda fəaliyyət göstərməsinə baxmayaraq, bu, burada keçirilən tədbirlərə polis tərəfindən ilk müdaxilə olub.
     Azərbaycan Respublikası Milli Məclisi və Hökuməti hələ də Azərbaycan Respublikası "Qeyri-hökumət Təşkilatları haqqında", "Kütləvi İnformasiya Vasitələri” haqqında, "Dövlət Rüsumu” haqqında" ,“Donorlar haqqında qanunlara və " İnzibati Məcəllə”yə təklif edilmiş düzəlişlər paketini qəbul etmə yollarını axtarır.
     Düzəlişlər paketi cari formasında qəbul edilərsə, bu,  bir çox QHT-lər üçün, xüsusilə də xarici QHT-lər, xarici donorlardan maliyyələşən QHT-lər və qeydiyyatı olmayan QHT-lər üçün onsuz da çətin olan vəziyyəti mürəkkəbləşdirəcək, hətta işini məhdudlaşdıracaq. Bu əlavə və dəyişikliklər  parlamentin 30 iyunda keçiriləcək sessiyasında yenidən gözdən keçiriləcək.
     RATİ Media Hüquqları İnstitutunu ofisdən çıxarmaq üçün sahibkara təzyiq etməyi təcili dayandırmağa və hazırda həyata keçirilən köçürmə əməliyyatını dayandırmağa çağırır. RATİ həm də polisi öz ofisində həyata keçirdiyi qanuni işinə qarışmamağa səsləyir. Sonda RATİ Azərbaycan hökumətini Azərbaycan Respublikası "Qeyri-hökumət Təşkilatları haqqında", "Kütləvi İnformasiya Vasitələri haqqında”, "Dövlət Rüsumu haqqında", “Donorlar haqqında” qanunlara və "İnzibati Məcəllə” yə təklif edilmiş düzəlişlər paketini qəbul etməməyə və məsələni parlament gündəliyindən çıxarmağa çağırır.

     RATİ Media Hüquqları İnstitutuna və digər QHT-lərə qarşı davam edən təzyiqləri qınayır və Avropada İnsan Haqqları Konvensiyasına, Sosial və Siyasi Hüquqlar haqqında Beynəlxalq Konvensiyaya və Azərbaycanın Avropa Birliyi və Avropa Şurası kimi beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə zidd olan bütün əməllərə dərhal son qoymağa  çağırır

Previous Post

MEDİA HÜQUQU İNSTİTUTU KİV-LƏ BAĞLI QANUN DƏYİŞİKLİKLƏRİNİN MİLLİ MƏCLİSİN GÜNDƏLİYİNDƏN ÇIXARILMASI

Next Post

İNSAN HÜQUQLARI ÜZRƏ MAARİFLƏNDİRMƏ İCTİMAİ BİRLİYİ YENİ LAYİHƏNİN İCRASINA BAŞLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.