MEDİA HÜQUQU İNSTİTUTU KİV-LƏ BAĞLI QANUN DƏYİŞİKLİKLƏRİNİN MİLLİ MƏCLİSİN GÜNDƏLİYİNDƏN ÇIXARILMASI

Media Hüququ İnstitutu Milli Məclisin ümumi iclasının müzakirəsinə çıxarılmış “Kütləvi İnformasiya Vasitələri” haqqında Qanununun bir neçə maddəsinə və bununla əlaqədar olaraq Dövlət rüsumu haqqında qanuna nəzərdə tutulan əlavə və dəyişikliklərin mətbuat azadlığını əsassız məhdudlaşdırmağa yönəldiyindən təəssüflənir, parlamenti sözügedən əlavə və dəyişikliklər layihəsini gündəlikdən çıxarılması ilə bağlı bəyanat yayıb.

     Bəyanatda bildirilir ki, parlamentin Hüquq və Dövlət quruculuğu komissiyasının tövsiyə etdiyi bu qanun layihəsi son bir neçə ay ərzində mətbuatın azadlığını daraltmağa yönəlmiş ikinci qanunvericilik addımıdır.
     “Təklif olunan yeni qanunvericilik paketində mətbu nəşrin təsis edilməsi üçün 1000 manat rüsum ödəniliməsini dəyişikliyini ədalətsiz hesab edən MHİ,  “Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını özündə əks etdirən (yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan), əvvəl təsis edilmiş digər mətbu nəşrlə eyni ada malik olan, adı ilə əhalini yanılda bilən, habelə mənəviyyatı, milli və dini hissləri təhqir edən mətbu nəşrlərin təsis edilməsinə yol verilmir” dəyişikliyinin də qeyri-müəyyən olduğunu bəyan edir və geniş sui-istifadələrə imkan açdığını bəyan edir.
     “Nəzərdə tutulan dəyişikliklərdən digəri Qanunun 19-cu maddəsinin 2001-ci ildə qanundan çıxarılmış bədnam 10-cu hissəsi ilə bağlıdır. KİV üçün hədsiz təzyiqlər imkanı açan, hər hansı legitim məqsədə proporsional sayıla bilməyən sanksiyalara yol açan bu bəndin müddəaları yeni təkliflə daha da sərtləşdirilib. Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinin tələbləri, Avropa Şurasının və Avropa Məhkəməsinin ifadə azadlığı standartları ilə bir araya sığmadığına görə, qanundan çıxarılmış bu normanın qanunsuz reanimasiyası və bununla birlikdə onun daha da sərtləşməsi mətbuatın azadlığını ciddi təhlükə altında qoyur”.
     Qeyd edək ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu da “KİV haqqında” Qanuna nəzərdə tutulmuş dəyişiklikləri pisləyən bəyanat verib.
Previous Post

İNSAN HÜQUQLARI ÜZRƏ MAARİFLƏNDİRMƏ İCTİMAİ BİRLİYİ YENİ LAYİHƏNİN İCRASINA BAŞLAYIB

Next Post

RATİ-NİN BƏYANATI: MEDİA HÜQUQLARI İNSTİTUTU VƏ BAŞQA QHT-LƏR TƏZYİQLƏRƏ MƏRUZ QALIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.