RATİ-NİN NAXÇIVANDAKI BÖLGƏ MÜXBİRİ DÖYÜLDÜ

 Bu gün (31 yanvar) saat 11:00-da RATİ-nin Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyev müxalifət partiyalarının Məmməd Əmin Rəsulzadənin anadan olmasının 125-ci illiyi münasibətilə “Ümid” Partiyası Naxçıvan şöbəsinin qarşısında keçirdikləri toplantı zamanı döyülüb.

Bu barədə  RATİ-nin Naxçıvandakı digər müxbiri Elman Abbasov məlumat verib. Onun bildirdiyinə görə, İsmayıl İsmayılov adlı bir şəxs əvvəl H.Mehdiyev  və M. Nəsibovanı nalayıq ifadələrlə təhqir edib. Daha sonra həmin şəxs əlindəki külqabını toplantıdan çəkiliş aparan H. Mehdiyevə atıb: “Nəticədə Həkimeldostu Mehdiyev gözündən möhkəm zədə aldı”.
 
 Baş vermiş hadisə ilə bağlı müxbir artıq polisə ərizə ilə şikayət edib.
 
      Xatırladaq ki, yanvarın 29-da və 30-də özünü Malik Əliyev kimi təqdim edən bir şəxs RATİ-nin Naxçıvandakı bölgə müxbirləri – Həkimeldostu Mehdiyev və Elman Abbasov , “Azadlıq” radiosu və “Turan” İnformasiya Agentliyinin müxbiri Məlahət Nəsibovaya zəng edərək jurnalistləri hədələyib   hədələyib (http://www.irfs.az/content/view/1829/28/lang,az/).
Previous Post

JURNALİSTLƏR ÖLÜMLƏ HƏDƏLƏNİR

Next Post

BAŞ REDAKTORUN HƏRƏKAT RƏHBƏRİNƏ QARŞI QALDIRDIĞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.