RATİ-NİN SƏDRİ EMİN HÜSEYNOV SAXLANILIB

Bu gün (12 iyun) təxminən saat 12.00 radələrində Prezident Aparatının (PA) qarşısında keçirilən piketdə çəkiliş aparan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov saxlanılıb.

Hadisə yerində olan RATİ-nin əməkdaşının sözlərinə görə, mülki geyimli şəxs hadisə yerində çəkiliş aparan E. Hüseynova yaxınlaşaraq onun Prezident Aparatına girməsini istəyib. Binaya daxil olandan sonra isə Emin Hüseynovun sənədləri, kamerası əlindən alınıb. Artıq  saat yarımdır ki  RATİ sədrinin azadlığı qeyri-qanuni məhdudlaşdırılıb. Onun saxlanılması və sonrakı taleyi barədə heç bir məlumat verilmir. 
Qeyd edək ki, piketi Mərkəzləşdirilmiş test üsulu ilə keçirilən buraxılış imtahanında məqbul qiymət almamış 11-ci sinif məzunları və onların valideynləri keçirirdilər.

Previous Post

AVROPA BİRLİYİ VƏ BİRLƏŞMİŞ ŞTATLAR SAMMİTİNİN 2008-Cİ İL BƏYANNAMƏSİNDƏ VİCDAN MƏHBUSU MƏSƏLƏSİNƏ DƏ YER AYRILIB

Next Post

SABİQ NAZİRİN “AZTV” VƏ “LİDER” TV-yə QARŞI QALDIRDIĞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.