AVROPA BİRLİYİ VƏ BİRLƏŞMİŞ ŞTATLAR SAMMİTİNİN 2008-Cİ İL BƏYANNAMƏSİNDƏ VİCDAN MƏHBUSU MƏSƏLƏSİNƏ DƏ YER AYRILIB

“Biz demokratiyanın, sülhün mühafizəsinin və insan haqlarının inkişaf etdirilməsi üçün ikitərəfli və hərtərəfli şəkildə birgə işimizə və bütün hökumətləri öz vətəndaşlarının insan haqlarını qorumağa yardım etməyə həvəsləndirməkdə davam edəcəyik.

Biz Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 illik yubileyi şərəfinə  acınacaqlı vicdan məhbusu məsələsini bütün dünyada işıqlandırmaq üçün Birləşmiş Millətlər  Təşkilatının Baş  Assambleyasında  sözü gedən bəyannaməni birgə dəstəkləmişik”. Bu Avropa Birliyinin və Birləşmiş Ştatların 10 İyun 2008-ci il tarixidə  Slovenyanın  Brdo yaşayış məntəqəsində keçirdiyi sammitdə birgə qəbul edilmiş bəyannaməsində qeyd olunur.
Sammitin qəbul etdiyi  bəyannamədə Avropa Birliyinin və Birləşmiş Ştatların rəhbərləri beynəlxalq sülhü, stabilliyi, demokratiyanı, insan haqlarını və qanunun aliliyinin inkişaf etdirilməsinə yardım edəcəklərinə söz veriblər.
Bəyannamə müəllifləri  Ukrayna, Gürcüstan və Moldova  kimi köhnə sovet respublikalarının demokratiya və insan haqlarının qorunması sahəsində cəhdləri təriflənsə də, Azərbaycan da daxil olmaqla Belarusda, Ermənistanda, Qazaxıstanda, Türkmənistanda, Tacikistanda, Özbəkistanda və Qırğızıstanda demokratiyanı, qanunun aliliyini və insan haqlarına hörməti inkişaf etdirməyə davam edəcəklərinə söz veriblər.

Previous Post

ƏLİ İNSANOVUN MÜƏLLİFİ OLDUĞU “VƏRƏM” DƏRSLİYİ AZƏRBAYCANA BURAXILMIR

Next Post

RATİ-NİN SƏDRİ EMİN HÜSEYNOV SAXLANILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.