RAUF ARİFOĞLU ƏVƏZ ZEYNALLIYA QARŞI DAHA BİR İDDİA QALDIRIB

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı daha bir iddia qaldırıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Əvəz Zeynallı bildirdi ki, iddiaya səbəb “Xural” qəzetinin 6-12 dekabr 2009-cu il tarixli 045 (357) saylı buraxılışında çap olunmuş “Mehrac Babayevi kimlər vurur?” başlıqlı məqalə səbəb olub. Sözügedən məqalədə barəsində həqiqətə uyğun olmayan məlumatların yer aldığını hesab edən Rauf Arifoğlu Nərimanov rayon məhkəməsində mülki iddia qaldıraraq, qəzetin təkzib verərək üzr istəməsini və “Xural” qəzetindən 25.000 (iyirmi beş min manat) tutularaq, “Yeni Müsavat” qəzetinin hesabına köçürülməsini istəyib.

 

İddia hakim Sevinc Alıyevanın icraatındadır və hazırlıq iclası 19 iyul saat 09.10-a təyin olunub.

 

Qeyd edək ki, Rauf Arifoğlu “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının “Millətim” qəzetinin 3 iyun tarixli sayında verdiyi müsahibəyə görə, onun Cinayət Məcəlləsinin 147.1 (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə də iddia qaldırıb.

 

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur. “Xural” qəzeti 2002-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb və həftəlik dərc olunur.

 

Previous Post

SU KƏMƏRİ ALTINDA QALAN TORPAQLARIN SAHİBLƏRİ KOMPENSASİYA TƏLƏB EDİRLƏR

Next Post

TƏHSİL ÜZRƏ EKSPERTƏ QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.