REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) noyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə blogger Adnan Hacızadənin vaxtından əvvəl azadlığa çıxması ilə bağlı qərarın qəbul edilməsini alqışlayır.

Hakim Adnan Hacızadənin çəkilməmiş 7 ay 21 günlük cəzasından şərti azad edilməsi və onun məhkəmə zalından azadlığa buraxılması barədə qərar verib.
Belə ki, gənc bloggerlər Emin Milli və Adnan Hacızadə 2009-cu il iyulun 8-də "Livan" restoranında baş vermiş təxribat nəticəsində  həbs ediliblər. Təxribat nəticəsində bloggerlərin döyülməsinə baxmayaraq, onlar özləri xuliqanlıq və bədən xəsarətləri yetirmək ittihamları ilə müvafiq olaraq 2 il 6 ay  və 2 il müddətinə azadlıqdan məhrum olunmuşdular.
RATİ Azərbaycan hökumətini xoş məram nümayiş etdirərək şərlənərək həbs edilmiş digər blogger  – Emin Millinin və jurnalist Eynulla Fətullayevi də azad etməyə çağırır.
Previous Post

ADNAN HACIZADƏ MƏHKƏMƏ ZALINDAN AZADLIĞA BURAXILDI

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.