SƏSVERMƏNİ MÜŞAHİDƏ EDƏN KİV NÜMAYƏNDƏLƏRİ CİDDİ QANUN POZUNTUSU İLƏ ÜZLƏŞMƏYİBLƏR

Azərbaycanda oktyabrın 15-də keçirilən prezident seçkilərini müşahidə edən və  səsvermənin gedişi ilə bağlı  informasiya toplayan  KİV əməkdaşları ciddi qanun pozuntusu ilə üzləşməyiblər.

RATİ-inin sutka boyu aktiv olan qaynar xəttinə (012-418- 03-34) də saat 19.00-a qədər, yəni səsvermə prosesi bitənə kimi heç bir KİV-dən və ya jurnalistdən şikayət daxil olmayıb.
Saat 18.45-ə qədər Mətbuat Şurasının da qaynar xəttinə (012-561-82-46, 012-561-80-37) ciddi qanun pozuntusu ilə bağlı məlumat daxil olmayıb. Bunu RATİ-yə Mətbuat Şurasının katibi Rəhim Hüseynzadə bildirdi: “Yalnız 23 saylı Nəsimi-Səbail Dairə Seçki Dairəsinin 29 saylı seçki məntəqəsində “lent.az” saytının əməkdaşlarından akretitasiya tələb olunub. Halbuki seşkini müşahidə etmək üçün KİV nümayəndələrinə akretitasiya lazım deyil. Biz də dərhal MSK ilə əlaqə yaradaraq məlumat verdik və  problem dərhal həllini tapdı”.
Sözü gedən məntəqədə “APA” informasiya agentliyinin əməkdaşları da analoji problemlə üzləşiblər. Amma problem dərhal həll olub. Bunu isə RATİ-yə “APA”-nın  direktoru Vüsalə Mahirqızı bildirdi. Mahırqızının sözlərinə görə, bu xırda insident nəzərə alınmasa “APA”-nın həm paytaxtda, həm də bölgələrdə işləyən əməkdaşları hər hansı bir problemlə üzləşməyiblər.
“Trend news” informasiya agentliyinin də əməkdaşları gün ərzində səsvermə prosesini müşahidə ediblər və hər hansı bir problemlə üzləşməyiblər. Bunu isə RATİ-yə “Trend news”-in direktoru Paşa Kəsəmənli bildirdi.
“Mən şəxsən özüm də səsverməni müşahidə etmişəm və hər hansi bir formada KİV nümayəndələrinə maneçilik törədilməsi ilə rastlaşmamışam”. Bunu isə RATİ-yə “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev bildirdi. Onun sözlərinə görə, “Turan”ın əməkdaşları sona qədər bir məntəqədə səsverməni izləməyiblər və bir neçə məntəqədə olublar: “Əməkdaşlarımız problemsiz informasiya toplayib foto şəkillər də çəkə biliblər”.
“Yeni Müsavat” qəzetinin redaktoru Zabil Müqabiloğlu da səsverməni izləyən əməkdaşlarının hər hansi bir problemlə üzləşmədiyi haqqında RATİ-yə məlumat verib: “Hər halda indiyə qədər (15 oktyabr saat 18.30) heç bir əməkdaşımız problemlə üzləşməyib. Amma hələ seçki prosesi davam edir”.

Previous Post

RATİ MEDİA ÜZƏRİNDƏ APARDIĞI MONİTORİNQLƏ BAĞLI İKİNCİ HESABATINI AÇIQLADI

Next Post

HƏBSDƏKİ JURNALİSTLƏRİN İKİSİ SƏSVERMƏDƏ İŞTİRAK ETMƏYƏCƏYİNİ DEYİB

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.