Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bəyanatı: Azərbaycan hakimiyyəti bütün jurnalistləri azad etməlidir

Bu həftə “Azadlıq” qəzetinin icraçı direktoru Faiq Əmirlinin, “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin və blogger Aleksandr Lapşinin həbsdən azad edilməsi düzgün istiqamətdə atılmış bir addım olsa da, bu yalnız ilk addımdır. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan hakimiyyətini həbsdə qalan digər jurnalistləri və hökumət tənqidçilərini dərhal azadlığa buraxmağa çağırır.

RATİ hesab edir ki, Mehman Əliyevə münasibətdə həbs qətimkan tədbirinin başqa yerə getməmə iltizam tədbiri ilə dəyişdirilməsinə baxmayaraq, o, hələ də vergidən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə səkkiz il müddətində azadlıqdan məhrum edilmək təhlükəsi altındadır. Bank hesablarına həbs qoyulması və bütün mühasibat uçotu sənədlərinin müsadirə olunması səbəbindən “Turan” agentliyi əmək haqlarını ödəmək, habelə ödəniş qəbul etmək və ya vermək imkanlarından məhrum olmuşdur ki, bu da agentliyin fəaliyyətinin faktiki dayandırılmasına gətirib çıxarmışdır.

“Azadlıq” qəzetinin xaricdə təcili müalicəyə ehtiyacı olan icraçı direktoru Faiq Əmirli isə azad edilməsinə baxmayaraq Azərbaycandan çıxa bilmir. Əmirli həmçinin internet saytına Azərbaycan məhkəmələrinin qərarları ilə blok qoyulmuş və bank hesabları hüquq-mühafizə və maliyyə orqanlarının qərarları ilə dondurulmuş “Azadlıq” qəzetinin tam fəaliyyətini bərpa edə bilmir. Bundan başqa, ölkədəki bütün mətbəələr 2016-cı ilin sentyabr ayından bu günə qədər yeganə müstəqil qəzet olan “Azadlıq” qəzetini dərc etməkdən imtina edirlər.

“Mehman Əliyevin azad edilməsi güclü beynəlxalq təzyiqin nəticəsidir və bu, ABŞ Senatında “Turan” müstəqil informasiya agentliyinin direktorunun həbsinə bağlılığı olan rəsmilərə qarşı sanksiyaların tətbiqinə edilən çağırışda özünü daha açıq biruzə vermişdir”, deyə RATİ-nin icraçı direktoru Emin Hüseynov bildirib. “Azərbaycan hökumətinə qarşı istifadə olunan və özünü səhhəti həbsdə korlanmış Faiq Əmirlinin azadlığa buraxılmasında dolayısı ilə biruzə verən bu təzyiq üsulunun aşkar effektivliyini nəzərə alaraq, aparıcı Qərb ölkələrinin qanunverici və icra hakimiyyəti orqanları həbsdəki bütün jurnalistlər azad olunana qədər və Azərbaycanda ifadə azadlığına olan məhdudiyyətlər aradan qalxana qədər ardıcıl olaraq analoji sanksiya tədbirləri tətbiq etməlidirlər,” deyə Hüseynov fikrini tamamlayıb.

RATİ bildirir ki, hazırda jurnalistlər Əfqan Muxtarlı, Mehman Hüseynov, Seymur Həzi, Əziz Orucov, Nicat Əliyev, Araz Quliyev, Fikrət İbişbəyli, Əfqan Sadıqov, Elçin İsmayıllı, Cavid Şirəliyev, Məhbub Zülfüqarlı, Ziya Əsədli və Ərşad İbrahimov, bloggerlər Rəşad Ramazanov və İlkin Rüstəmzadə, yazıçılar Saday Şəkərli və Tofiq Həsənov, eləcə də qraffiti fəalları Qiyas İbrahimov və Bayram Məmmədov kimi tənqidçilər Azərbaycan hakmiyyəti tərəfindən həbsdə saxlanılırlar.

RATİ Azərbaycan hakimiyyətini yuxarıda göstərilən bütün tənqidçiləri azad etməyə və Azərbaycan Konstitusiyasına və İnsan Hüquqları üzrə Avropa Konvensiyasına uyğun olaraq ölkədə ifadə azadlığını tam təmin etməyə çağırır.

RATİ beynəlxalq ictimaiyyəti digər jurnalistlər həbsdən azad edilməyincə və azad olunanların əvəzinə yeni şəxslərin həbs olunduğu “fırlanan qapılar” praktikasına son qoyulmayınca Azərbaycan hakimiyyətinə edilən təzyiqin tempini aşağı salmamağa çağırır.

ЗАЯВЛЕНИЕ ИСБР- ВЛАСТИ АЗЕРБАЙДЖАНА ДОЛЖНЫ ОСБОДИТЬ ВСЕХ ЖУРНАЛИСТОВ

Осуществленные на этой неделе властями Азербайджана освобождения из мест содержания под стражей исполнительного директора газеты «Азадлыг» Фаика Амирли, директора информационного агентства «Туран» Мехмана Алиева и блогера Александра Лапшина явлются действиями в верном направлении однако это только первичные шаги. Институт Свободы и Безопасности Репортеров призывает немедленно освободить всех остальных журналистов и критиков властей остающихся заключении. ИСБР считает, что несмотря на замену меры пресечения с ареста на подписку о невыезде в отношении Мехмана Алиева все еще остается угроза последующего осуждения на восьми летний тюремный срок по сфабрикованным обвинениям в неуплате налогов, занятии незаконной предпринимательской деятельности и превышении служебных полномочий. В связи с арестом банковских счетов и изъятии всей бухгалтерской документации агентство не может выплачивать зарплаты принимать
и осуществлять платежи что фактически привело к приостановлению его деятельности. Что касается исполнительного директора газеты «Азадлыг» , то не смотря на свое освобождение Амирли нуждающийся в серьезном лечении за рубежом не может покинуть пределы Азербайджан. Более того Амирли не в состоянии восстановить полноценное функционирование газеты сайт которой блокируется решениями азербайджанских судов, банковские счета которой также блокированы решениями правоохранительных и фискальных органов а все типографии в стране с сентября 2016 года по сей день все еще отказываются издавать печатную единственной независимой газеты.

«Освобождение Мехмана Алиева это результат сильного международного давления особенно ярко проявившего себя в виде призыва к санкциям в Сенате США по отношению к официальным лицам причастным к аресту директора независимого информационного агентства ТУРАН» – заявил исполнительный директор ИСБР Эмин Гусейнов.
«Учитывая очевидную эффективность данного метода давления на репрессивные власти Азербайджана косвенно проявившуюся в последующем освобождении серьёзно подорвавшего свое здоровье в тюрьме Амирли, законодательным и исполнительным властям ведущих западных стран следует последовательно применять аналогичные санкционные меры давления, до тех пор, пока из тюрем не будут освобождены все арестованные журналисты и не будут сняты ограничения на свободу выражения в Азербайджане», подытожил Гусейнов ИСБР констатирует что на сегодня в власти Азербайджана удерживают в тюрьмах таких своих критиков как журналистов Афгана Мухтарлы, Мехмана Гусейнова, Сеймура Хези, Азиза Оруджева, Ниджата Алиева, Араза Гулиева, Фикрета Ибишбейли, Афгана Садыхова, Эльчина Исмаиллы, Джавида Ширалиева, Махбуба Зульфугарлы, Зию Асадли и Арщада Ибрагимова, блогеров Рашада Рамазанова и Илькина Рустамзаде, писателей Садая Шакарли и Тофика Гасанова а также графити активистов Гияса Ибрагимова и Байрама Мамедова.

ИСБР призывает власти Азербайджана освободить всех вышеуказанных критиков и обеспечить полную свободу выражения в стране в соответствии с Конституцией Азербайджана а также Европейской Конвенцией по Правам Человека. ИСБР призывает международное сообщество не смягчать темпы давления на власти Азербайджана пока те не освободят из тюрем других журналистов и не покончат с практикой очередных арестов по принципу крутящейся двери.

Previous Post

RATİ-nin bəyanatı: Transmilli korrupsiya Azərbaycan əhalisinin hüquqlarının cəzasız şəkildə tapdanmasına şərait yaradır

Next Post

RATİ-nin “Azadlıq” qəzetinin müxbiri Elçin İsmayıllıya qarşı çıxarılmış hökmlə bağlı bəyanatı

Start typing to see posts you are looking for.