RATİ-nin bəyanatı: Transmilli korrupsiya Azərbaycan əhalisinin hüquqlarının cəzasız şəkildə tapdanmasına şərait yaradır

Azərbaycan hakimiyyətinin “Azərbaycan Landromatı” adlı araşdırmada təsvir olunan korrupsiya
əməllərinin miqyası Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) heyrət doğurur. Təşkilat
ərazisində adıkeçən cinayət əməllərinin törədildiyi ölkələrin hökumətlərini transmilli korrupsiya
şəbəkəsinin bütün iştirakçılarının məsuliyyətə cəlb olunması üçün dərhal istintaqın başlanmasına çağırır.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) birgə jurnalist araşdırmasına
əsasən, Azərbaycanın hakim elitası 2012-ci ildən 2014-cü ilədək Böyük Britaniyada qeydə alınmış
şirkətlər vasitəsilə Danimarkanın “Danske” Bankının Estoniya filialında qanunsuz olaraq 2,9 milyard
dollar məbləğində çirkli pul vəsaitini yuyub və bu vəsaitin bir hissəsini özlərinə müsbət imic yaradılması
və Azərbaycanda insan hüquqları və demokratiya sahəsindəki sistematik pozuntuların beynəlxalq
ictimaiyyətdən gizlədilməsi üçün Qərb siyasətçilərini və media rəhbərlərini ələ almaqda istifadə edib.
Azərbaycan xalqından faktiki olaraq oğurlanmış bu çirkli pulların verildiyi şəxslər arasında İlham Əliyevin
şəxsi siyasi maraqlarına uyğun qərarların qəbuluna təsir göstərmək imkanlarına malik olan yüksək
vəzifəli şəxslər vardır. Avropalı siyasətçilərin ən çox tələb olunan çirkli xidmətlərindən biri də əslində
kütləvi və sistemli saxtakarlıqlarla və Azərbaycanda fundamental insan hüquqları və demokratiya
sahəsindəki pozuntulara dair ciddi müzakirələrin keçirilməsinin əngəllənməsi ilə müşayiət olunan
seçkilərin nəticələrinin Avropa Şurası, ATƏT və BMT kimi təşkilatlar tərəfindən legitim olaraq
tanınmasının təmin olunmasında beynəlxalq dəstəyin göstərilməsi olmuşdur.
Belə ki, hazırda Avropa Yenidənqurma və İnkişaf Bankının İdarə Heyətində Bolqarıstanı təmsil edən və
YUNESKO direktoru İrina Bokovanın həyat yoldaşı olan Kalin Mitrev xidmətlərinə görə ümumilikdə 425
min avro əldə etmişdir. Alman siyasətçisi, Bundestaqın və Avropa Şurası Parlament Assambleyasının
keçmiş üzvü əməyinə görə 891 min avro almış, onun AŞPA-dakı həmkarı, italyalı siyasətçi və sabiq
deputat Luka Volonte isə 2 milyon 300 min avro əldə etmişdir. Tanınmış Avropa siyasətçiləri ilə yanaşı,
çirkli pulların resipientləri arasında Azərbaycanın avtoritar hakimiyyətinə dünya mediasında müsbət imic
yaratmaq üçün təxminən 2 milyon avro alan CNN-in keçmiş prodüseri Seycer Ekkart da olmuşdur.
“Bütün bu çirkin korrupsiya faktları təkcə Azərbaycanın avtoritar rejiminin insan hüquqları və
demokratiyanın pozulmasındakı iştirakını deyil, həm də Avropanın siyasət və biznes icmasının bizim
hakim dairələrə kömək edən ləyaqətsiz nümayəndələrinin cəzasız qalmasını göstərir,” deyə RATİ-nin
icraçı direktoru Emin Hüseynov bildirib. “Britiş Petroleum şirkətinin uzun illər Azərbaycanın neft-qaz
layihələrindəki aparıcı iştirakı sayəsində Azərbaycanın ən böyük ticarət tərəfdaşına çevrilən Britaniyanın
paralel olaraq Azərbaycan xalqından oğurlanmış çirkli pulların yuyulması üçün əlverişli şərait yaratması
həm Britaniya, həm də Azərbaycan cəmiyyətində ciddi suallar doğurmalıdır. Öz enerji təhlükəsizliyini
Azərbaycanın mineral ehtiyatları hesabına təmin etməyi düşünən Qərb ölkələri Azərbaycan
hakimiyyətinin hesabatlılığının olmamasına və hakimiyyət tənqidçilərinin kütləvi həbsinə göz
yummamalıdır. Beynəlxalq biznes icması isə özünün insan hüquqlarına əməl olunmasını təşviq etmək və
qabaqlayıcı preventiv addımlar atmaq öhdəliyini daha dərindən dərk etməlidir,” deyə Hüseynov fikrini
yekunlaşdırıb.
RATİ Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in, Avropa Şurasının və Avropa Komissiyasının, həmçinin
Böyük Britaniya, Almaniya, İtaliya, Danimarka, Bolqarıstan, Sloveniya, Estoniya və ABŞ hökumətlərinin
rəhbərliyini hərtərəfli anti-korrupsiya istintaqının aparılmasına, bütün günahkarların məsuliyyətə cəlb
olunmasına və gələcəkdə oxşar qanunsuz əməllərin baş verməməsinin təmin olunmasına çağırır.

RATİ daha sonra Azərbaycanın, xüsusən enerji və bank sektorlarındakı, ən böyük biznes tərəfdaşlarını
bütün gələcək müqavilələrin imzalanmasını ölkədə hakimiyyətin hesabatlılığının artırılmasına, habelə
demokratik və vətəndaş cəmiyyəti qurumlarının sərbəst fəaliyyətinə yönəlmiş real, radikal iqtisadi və
siyasi islahatların keçirilməsinə qədər dayandırmağa çağırır.
RATİ Azərbaycan hakimiyyətini bütün tənqidçilərini dərhal həbsdən azad etməyə, korrupsiya ilə
mübarizə və insan hüquqlarına əməl olunması sahəsindəki problemlərin həqiqi həlli üçün cəmiyyətlə
bərabərhüquqlu dialoqa başlamağa çağırır.

ЗАЯВЛЕНИЕ ИСБР: ТРАНСНАЦИОНАЛЬНАЯ КОРРУПЦИЯ СОДЕЙСТВЕУТ
БЕЗНАКОЗАННОМУ УГНЕТЕНИЮ ПРАВ НАСЕЛЕНИЯ АЗЕРБАЙДЖАНА

Институт Свободы и Безопасности Репортеров шокирован масштабами
коррупционных действий властей Азербайджана описанными в расследование
«Азербайджанский „ландромат“» и призывает правительства стран на территории
которых осуществлялась преступные действия начать немедленное расследование с
тем чтобы привлечь к ответственности всех участников транснациональной
коррупционной сети.
Согласно совместному журналистскому расследованию Центра по исследованию
коррупции и организованной преступности с 2012 года по 2014 год правящая элита
Азербайджана через компании зарегистрированные в Великобритании незаконно
отмыв грязные деньги в объеме 2,9 млрд долларов в эстонском филиале датского
банка Danske Bank потратила часть из них на подкуп западных политиков и медиа
менеджеров с тем чтобы обеспечить себе позитивный имидж и скрыть от
международного сообщества систематические нарушения в сфере прав человека и
демократии и в Азербайджане.
Среди получателей грязных денег фактически украденных у Азербайджанского
народа оказались высокопоставленные чиновники которые могли оказывать влияние
на принятие решение в пользу личных политических интересов Ильхама Алиева.
Среди наиболее востребованных грязных услуг европейских политиков были такие
как международная поддержка в признании легитимным результатов выборов
которые в реалии сопровождались массовыми и системными фальсификациями а
также блокирование серьезных обсуждений по нарушениям фундаментальных прав
человека и демократии в Азербайджане в таких структурах как Совет Европы, ОБСЕ
и ООН.
В частности муж директора Юнеско Ирины Боковой Калин Митрев который на
сегодня представляет Болгарию в совете Директоров Европейского Банка
Реконструкции и Развития получил за свои услуги в общей сложности 425 тысяч
евро, немецкий политик бывший член Бундестага и Парламентской Ассамблеи
Совета Европы получил за свои труды 891 тысячу евро а его коллега по ПАСЕ
итальянский политик и бывший парламентарий Лука Волонте поучил 2,3 млн евро.
Среди получавших грязные деньги наряду с известными европейскими политиками
оказался также экс продюсер CNN Сейджер Эккарт получающий около 2 млн евро
за создание позитивного образа в мировых СМИ для авторитарных властей
Азербайджана.
«Все эти вопиющие факты коррупции показывают что к нарушению прав человека и
демократии причастны не только авторитарная власть Азербайджана но
недобросовестные представители политического и бизнес сообщества в Европе
которые помогают нашим властям оставаться безнаказанными»- заявил
исполнительный директор ИСБР Эмин Гусейнов. Один только факт того что
Британия будучи крупнейшим торговым партнером Азербайджана из за
лидирующего участия British Petroleum в нефтегазовых проектах Азербайджана на
протяжение многих лет параллельно создавала благоприятные условия для
отмывания грязных денег похищенных у Азербайджанского народа должен вызвать

серьезные вопросы как в британском так и азербайджанском обществе. Думая об
обеспечении своей энергетической безопасности за счет азербайджанских
минеральных ресурсов страны Запада не должны закрывать глаза отсутствие
подотчетности властей Азербайджана а также на массовые аресты критиков, что же
касается международного бизнес сообщества то оно должно больше осознавать
свою ответственность за содействие в соблюдении прав человека и начать
предпринимать превентивные сдерживающие шаги »- подытожил Гусейнов
ИСБР призывает руководство ООН, ОБСЕ, Совет Европы и Европейской Комиссии а
также правительства Великобритании, Германии, Италии, Дании, Болгарии,
Словении, Эстонии и США провести всестороннее антикоррупционное
расследование и привлечь всех ответственных к ответственности и не допускать
аналогичных незаконных действий в будущем .
ИСБР также призывает крупнейших бизнес партнеров Азербайджана в особенности
энергетическом и банковском секторе приостановить подписания всех будущих
контрактов до тех пор пока в стране не произойдут кардинальные и реальные
экономические и политические реформы направленные на повышение
подотчётности власти а также на свободное функционирование демократических и
гражданских институтов.
В свою очередь ИСБР призывает власти Азербайджана немедленно освободить из
тюрем всех своих критиков и начать равноправных диалог с обществом
нацеленный на реальное искоренение проблем в сфере борьбы с коррупцией и
соблюдением прав человека.

Previous Post

RATİ-nin bəyanatı: Avropa Birliyi və Avropa Şurası Azərbaycan hakimiyyətinin törətdiyi hüquq pozuntularına sərt reaksiya verməlidir

Next Post

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bəyanatı: Azərbaycan hakimiyyəti bütün jurnalistləri azad etməlidir

Start typing to see posts you are looking for.