Teleaparıcı və ailəsi ölümlə hədələnib

40115

İyunun 14-də “Space” telekanalının “Etibar edin” proqramının aparıcısı İlham Mirzəyev hücuma məruz qalıb. Bu barədə “anspress.com” saytı məlumat yayıb. Məlumatda qeyd olunur ki, İ. Mirzəyev  cümə günü axşam saatlarında çalışdığı “Space” kanalının arxa qapısından çıxıb avtomobilinə yaxınlaşarkən başqa bir avtomobildən 4 nəfər düşərək ona hücum edib. Tanınmamaq üçün üzlərini qrimləyən dəstə teleaparıcının özünü və ailəsini ölümlə hədələdikdən sonra sərbəst buraxıb.

Jurnalist hadisə ilə bağlı dünən səhər Nərimanov rayon Prokurorluğuna və Bakı şəhər Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Məlumatda həmçinin İlham Mirzəyevin peşə fəaliyyəti ilə bağlı, aparıcısı olduğu “Etibar edin” proqramına müraciət edən şikayətçiyə yardım etdiyi üçün təzyiqə məruz qaldığı bildirilir.

RATİ-nin hadisə ilə bağlı jurnalistin özü ilə əlaqə saxlamaq cəhdi baş tutmayıb.

Previous Post

Jurnalist peşə fəaliyyətini yerinə yetirən zaman döyülüb

Next Post

Avropa Birliyinin Enerji Siyasəti və Azərbaycanda İnsan Haqlarının Boğulması

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.