TELEVİZİYA SAHƏSİNDƏKİ XİDMƏTLƏRİNƏ GÖRƏ TƏLTİF OLUNAN ŞƏXSLƏR MÜKAFATLARINI ALDILAR

dekabr 29th, 2008
Bu gün (29 dekabr) Milli Televiziya və Radio Şurasında (MTRŞ) televiziyanın inkişafındakı xidmətlərinə görə mükafatlandırılan şəxslərə mükafatların təqdim edilməsi    mərasimi keçirildi.

Xatırladaq ki, Prezident İlham Əliyev 2008-ci il noyabr ayının 4-də Azərbaycanda televiziyanın inkişafındakı xidmətlərinə görə səkkiz nəfərə “Əməkdar jurnalist”, bir nəfərə “Əməkdar mühəndis ”, beş nəfərə isə “Əməkdar mədəniyyət  işçisi” fəxri adlarının  verilməsi barədə sərəncam imzalamışdı.
Mükafatları prezident İlham Əliyevin adından laureatlara Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov təqdim etdi. Belliklə də, Azərbaycan televiziyasının inkişafındakı xidmətlərinə görə, Yusif Ağayev, Mirşahin Ağayev, Çingiz Aslanov, Faiq Hüsiyev, Vaqif İsayev, İlqar Məmmədov, Rafiq Nəbiyev, Elman Şirbağırov  “Əməkdar jurnalist” medalı ilə, Knyaz Mehdiyev “Əməkdar mühəndis”, Aygün Qarabağlı, Elxan Məmmədli, Azad Məmmədov, Rəhimə Mirzəyeva, Yusif Yaqubov isə  “Əməkdar mədəniyyət işçisi” ordeni ilə təltif olundular.
Tədbir prezidentin  ölkədə kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə Dilbər Axundzadə və Mövlud Balakişiyevə Prezidentin fərdi təqaüdünün verilməsi ilə yekunlaşdı.