ZAMİN HACI “MEDİA HÜQUQU İNSTİTUTU”NUN VƏKİLİ İLƏ MÜQAVİLƏ BAĞLADI

dekabr 26th, 2008
Dünən (25 dekabr) “Yeni Müsavat” qəzetinin əməkdaşı Zamin Hacı “Media Hüququ İnstitutu”nun vəkili Fariz Namazlı ilə müqavilə bağlayıb.

Bu barədə məlumatı RATİ-yə Zamin Hacı bildirib. Onun sözlərinə görə, “Qarabağ Azadlıq Təşkilatı”nın (QAT) sədri Akif Nağı ilə aralarında baş verən insidentlə əlaqədar başlanmış cinayət işi ilə bağlı bütütn proseslərdə F.Namazlı hüquqlarını müdafiə edəcək və maraqlarını qoruyacaq.
Xatırladaq ki, dekabrın 12-də QAT sədri A. Nağı  bir neçə şəxslə “Yeni Müsavat” qəzetinin redaksiyasına hücum çəkərək qəzetin əməkdaşı Z. Hacını təhqir etmiş və ona qarşı fiziki zor tətbiq etmişdilər. Buna səbəb qəzetin 12 dekabr tarixli sayında Z. Hacının müəllifi olduğu “iki karın dialoqu” başlıqlı yazıda  QAT sədri haqqında tənqidi fikirlərin səslənməsi olub.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 163.1-ci (jurnalistin peşə fəaliyyətinə mane olma) maddəsi ilə cinayət işi başlanılıb.