TERRİ DEVİS AZƏRBAYCAN HAKİMİYYƏTİNİN TÖVSİYƏLƏRƏ CİDDİ YANAŞACAĞINA ƏMİNDİR

“Azadlıq” radiosunun verdiyi məlumata görə, Avropa Şurasının baş katibi Terri Devis bu gün (25 iyun) keçirdiyi mətbuat konfransında Azərbaycan hakimiyyətinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tövsiyələrinə ciddi yanaşacağına və nə etmək barədə qərar verəcəyinə əmin olduğunu bildirib.

Devisin sözlərinə görə, seçkilərin kifayət qədər demokratik keçirilməsi üçün Azərbaycana azad media və söz azadlığı lazımdır. Baş katib hakimiyyətin jurnalistlərlə kifayət qədər ədalətli davranmadığı və bu münasibətin onu qane etmədiyini də vurğulayıb.
 Xatırladaq ki, AŞPA-nın yay sessiyasının dünən (24 iyun) keçirilən iclasında Azərbaycanla bağlı qətnamə qəbul edilib. Qətnamədə qeyd edilir ki, jurnalistlərə qarşı olan təzyiqlər və hədələr də daxil olmaqla söz azadlığı və birləşmək azadlığı sahəsindəki məhdudiyyətlər Avropa Şurasına üzv olan ölkədə yolverilməzdir. Qətnamədə ölkədə siyasi məhbus məsələsinin hələ də həll edilmədiyi vurğulanır. Həbs edilmiş jurnalistlərin və siyasi məhbusların dərhal azadlığa buraxılması tələb olunur.

Previous Post

TERRİ DEVİS AZƏRBAYCAN HAKİMİYYƏTİNİN TÖVSİYƏLƏRƏ CİDDİ YANAŞACAĞINA ƏMİNDİR

Next Post

HAKİM AQİL XƏLİLİN VƏKİLİNİN VƏSATƏTLƏRİNİ TƏMİN ETMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.