TÜRKİYƏNİN AZƏRBAYCANDAKI SƏFİRLİYİ AZƏRBAYCAN MƏTBUATINI İTTİHAM EDƏN MƏLUMAT YAYIB

Türkiyənin Azərbaycan Səfirliyi İstanbulda təzyiqlərə məruz qalaraq ölkədən deportasiya olunan hüquq müdafiəçisi İntiqam Əliyev barədə açıqlama verib. Həmin açıqlamanı aşağıda olduğu kimi təqdim edirik.

2011-ci il 6 dekabr tarixində hüquq müdafiəçisi İntiqam Əliyevin Türkiyədən çıxarkən Atatürk hava limanında Türk polisi ilə yaşadığı problemə bəzi media orqanlarının yanaşma tərzini heyrət və təəssüflə qarşılayırıq. Türkiyədə çox az-az hallarda meydana gələn tamamilə hüquqi bir hadisənin bu qədər şişirdilməsi olduqca təəccüblüdür.

Digər tərəfdən bir çox jurnalistin səfirliyimizlə heç bir əlaqəsi olmayan bu hadisəni ümumiləşdirərək “Türkiyə…” adından istifadə etməsini və təxribatçı üslubda yazılar yazmasını pisləyirik. Bu cür yazılar ölkələrimiz və xalqlarımız arasındakı əlaqələri yanlış istiqamətə yönəltməklə qalmayıb, eyni zamanda qardaşlıq əlaqələrinə qarşı da böyük bir haqsızlıqdır.

Bir nəfərin yaşadığı və hər iki ölkədə də meydana gələ biləcək belə bir hadisəni, başqa bir müstəviyə daşıyaraq Türkiyə-Azərbaycan əlaqələrini bir sıra hesablara/mənfəətlərə alət etməyin jurnalistika etikasına uyğun olmadığını düşünürük.

Nəticədə, səfirliyimizlə əlaqəsi olmayan və təəssüf hissi ilə qarşılanan belə bir hadisəni öz miqyasında dəyərləndirmək lazımdır. 

Türkiyənin Azərbaycandakı səfirliyi hər zaman olduğu kimi bundan sonra da ölkələrimiz və xalqlarımız arasındakı mükəmməl qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi yönündəki çalışmalarına davam edəcək”, – deyə sənəddə bildirilir.

Previous Post

HUMAN RIGHTS WATCH-ın ƏMƏKDAŞI REYÇEL DENBER İLƏ MÜSAHİBƏ

Next Post

DAHA BİR JUR JURNALİSTİN ŞİKAYƏTİ AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.