VƏKİL İSAXAN AŞUROV ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜB

Vəkil İsaxan Aşurov 14 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan  gənc bloqçu Adnan Hacızadə ilə görüşüb. Bu barədə bu gün (22 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) İ. Aşurovun özü məlumat verib.

İ.Aşurov gənc bloqçunun saxlanma şəraitindən və səhhətindən şikayət etmədiyini bildirib.

Digər gənc bloqçu Emin Millinin (Abdullayev) anası Natella Abdullayeva Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, səhhəti ilə əlaqədar olaraq oğlunu ziyarət edə bilməyib. “Eminin atasının səhhəti yaxşı deyil, özüm də əməliyyatdan yeni çıxdığıma görə, görüşə gedə bilməmişəm” – deyə N.Abdullayeva qeyd etdi.

 

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. İstintaq gənclərə qarşı Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürmüş və Səbail rayon məhkəməsi noyabrın 11-də Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

 

Previous Post

ELAN!

Next Post

ANDRES HERKEL JURNALİSTLƏRİN AZAD OLUNMAMASI PROBLEMİNDƏN DANIŞIB

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.