VƏKİL OSMAN KAZIMOVUN İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

İyunun 24-də Binəqədi rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə Vəkillər Kollegiyası Rəyasət Heyətinin Osman Kazımovun Vəkillər Kollegiyasından xaric edilməsi, bu iddiaya qarşı Osman Kazımovun verdiyi qarşılıqlı iddia və  müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası əsasında məhkəmə prosesi keçirildi.

Prosesdə suallar verən Osman Kazımov hakimə bildirdi ki,  o məzuniyyətə çıxmaq istəyi barədə ərizəni Vəkillər Kollegiyası Rəyasət Heyətinin iddia etdiyi kimi Sümbülə Əliyevaya deyil, Davud İbrahimova verib.

            Kazımov onu da bildirdi ki, müdafiəçisi olduğu Tural Kərimovun dövlət tərəfindən təyin edilmiş vəkili də var idi və  digər istintaq hərəkətlərində həmin vəkil iştirak edib və  eyni zamanda üzləşdirmə bitdikdən 5 dəqiqə sonra Tural Kərimov ilə birlikdə digər istintaq hərəkəti olan dindirmədə iştirak etmişik.

            Osman Kazımov onu da əlavə etdi ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin səlahiyyət müddəti 2009-cu ilin noyabrında bitib və onun qəbul etdiyi qərarların əsası yoxdur.

            Hakim Hüseyn Səfərov Osman Kazımov protokolda müstəntiqə etiraz edib və  bu səbəbdən də protokola imza atmalı idimi sualı ilə iddiaçının nümayəndələrinə müraciət edib.

            Vəkillər Kollegiyası Rəyasət Heyətinin nümayəndəsi Feruz Allahverdiyev bildirib ki, etiraz etsə belə  protokola  qol çəkməli idi.  

            Hakim  Hüseyn Səfərov iddiaçılardan Osman Kazımovun  Sümbülə Əliyevaya ərizə ilə müraciət etdiyini , məzuniyyətə çıxması barədə əmri kimin verməsini və  məzuniyyətə çıxma zamanı təqsirləndirilən şəxsdən və  müstəntiqdən razılıq almaq lazım olduğunu  təsdiq edən sənədləri məhkəməyə təqdim etməsini tələb etdi.

            Hakim növbəti prosesi 12 iyul saat 11:00-a təyin edib.

           

            Xatırladaq ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin fevralın 4-də  keçirilən iclasında Osman Kazımovun vəkillik fəaliyyətinin dayandırılması və qurum üzvlüyündən çıxarılması üçün məhkəməyə müraciət olunması barədə qərar qəbul edilib. Rəyasət Heyəti bu qərarı baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatı əsasında çıxarıb. Prokurorluq Osman Kazımovu Cinayət Prosessual Məcəlləsini və “Vəkillik fəaliyyəti haqqında” qanunu pozmaqda ittiham edir.

 

 

 

Previous Post

DEMOKRATİK QÜVVƏLƏR”TÜRKÇÜLÜK GÜNÜ”NÜ QEYD ETDİLƏR

Next Post

SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ MÜXBİRİN ÜZƏRİNDƏN ŞƏRTİ HƏBS CƏZASINI GÖTÜRDÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.