VƏTƏNDAŞ CƏMİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ POLİS TƏRƏFİNDƏN SAXLANILIBLAR

Dünən (25 avqust) Sabirabad rayonunda monitorinq aparan “Kür” vətəndaş cəmiyyəti qərargahının üzvlərinə qarşı təzyiq faktı qeydə alınıb və onlar polis tərəfindən saxlanılıblar. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qərargahın koordinatoru  Oqtay Gülalıyev məlumat verib.

O, bildirib ki, artıq bir aydır ki, fəlakət baş vermiş bölgədə dəymiş ziyanın alternativ qiymətləndirməsinin monitorinqini aparılır və artıq təxminən 2 min evdə bu proses həyata keçirilib. Rayonun icra və polis orqanları tərəfindən bir neçı gündür maneçiliklə rastlaşdıqlarını deyən Gülalıyev bildirdi ki, dünən vətəndaş cəmiyyəti nümayəndələri Mübariz Tağıyev və Şaban Əsgərov polislər tərəfindən saxlanılaraq Qaragüney polis bölməsinə aparılıblar. Həmçinin onlarla yerli icmanı təmsilçisi İlham Əmiraslanov da saxlanılıb. “Məni də polis bölməsinə dəvət etdilər və bizə monitorinq aparmamaqla bağlı xəbərdarlıq edildikdən sonra sərbəst buraxıldıq. Hətta rayonun ərazisindən çıxmağımızı da tələb edirlər. Lakin buna baxmayaraq, biz işimizi davam etdiririk” – deyən Gülalıyev vurğuladı ki, qiymətləndirmə aparan digər bir qrup da polis tərəfindən saxlanılaraq xəbərdarlıq edildikdən sonra sərbəst buraxılsa da, onları kəndlərə buraxmırlar. Oqtay Gülalıyev əlavə etdi ki, üzləşdikləri özbaşınalıqla bağlı Daxili İşlər Nazirliyinə, Prezident Administrasiyasına və QHT-lərə Dövlət Dəstəyi Şurasına müraciət ediblər.

Previous Post

EYNULLA FƏTULLAYEVİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ İCLAS KEÇİRİLİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.