VERGİLƏR DEPARTAMENTİNİN ƏMƏKDAŞI ƏVƏZ ZEYNALLIN MƏHKƏMƏSİNDƏ İFADƏ VERİB

Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işiüzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyiprosesdə Bakı şəhər Vergilər Departamentinin nümayəndəsi Səxavət Rzayev “Xural” qəzetində aparılan səyyar vergi yoxlaması barədə danışıb. O səyyar yoxlamanın Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin göstərişinə əsasən həyata keçirildiyini bildirib.

Əvəz Zeynallı isə cinayət işində onun imzasının saxtalaşdırıldığı sənəd olduğunu deyib. Zeynallı həmin sənəddə guya onun 18 sentyabr 2011-ci il tarixində Vergilər Departamentinə müraciət edərək biznes fəaliyyətinin 5 il müddətinə dayandırılmasını xahiş etdiyi müraciətin olduğunu bildirib. Lakin o belə bir müraciət etmədiyini, əksinə həmin dövrdə “Xural” qəzetinin gündəlik nəşrə keçdiyini vurğulayıb.  Səxavət Rzayev isə həmin sənəddən xəbərsiz olduğunu bildirib.

Proses 28 sentyabr saat 14:00-da davam etdiriləcək.
Xatıqladaq ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə, “Azərbaycan” nəşriyyatının rəhbəri Ağabəy Əsgərova və müğənni Nüşabə Ələsgərliyə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, Nərimanov rayon məhkəməsinin qərarı ilə oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub.
“Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Qəzetin baş redaktoru Əvəz Zeynallı Milli Məclisin deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.  
Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

AVAZ ZEYNALLI İMZASININ SAXTALAŞDIRILDIĞINI İDDİA EDİR

Next Post

DƏVƏTNAMƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.