XALQ ARTİSTİ AZTV-Nİ MƏHKƏMƏYƏ VERİB

Azərbaycan Respublikasının  xalq artisti Eldar Axundov “Azərbaycan Televiziya və Radio Verilişləri” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib. Bu barədə Lent.az saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, AzTV-də müqavilə əsasında çalışan E.Axundov sonradan müqavilə müddətinin uzadılmaması səbəbindən oradan ayrılmaq məcburiyyətində qalıb. O, Səbail rayon Məhkəməsinə müraciət edərək qarşı tərəfdən əmək haqqı və mənəvi ziyanın ödənilməsini tələb edib. Lakin iddiası təmin olunmadığına görə, E.Axundov apellyasiya şikayəti verib.
E.Axundov Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solistlərindən biridir. Ona Xalq artisti fəxri adı 2006-cı ildə “Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə və Silahlı Qüvvələrdə uzunmüddətli məhsuldar işinə görə” verilib.
AzTV-nin mətbuat xidmətinin  katibi Xatirə Qasımova RATİ-yə bildirdi ki, bu iş məhkəmə müstəvisində həll olunduğuna görə, əlavə şərh vermək istəmir.

Previous Post

JURNALİSTLƏRİN HƏMKARLAR İTTİFAQI TƏDBİR KEÇİRİB

Next Post

HƏRBİ JURNALİST ORDUDAN QANUNSUZ QOVULDUĞUNU İDDİA EDİR

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.