XAQANİ 33 ÜNVANINDA YERLƏŞƏN BİNA TAMAMİLƏ SÖKÜLÜB

1992-ci ildən “Azadlıq” qəzetinin redaksiyasına məxsus olmuş Xəqani küçəsi 33 ünvanındakı iki mərtəbəli bina tamamilə sökülüb.


Xatırladaq ki, bundan bir neçə ay qabaq binanın içi tamamilə sökülmüşdü, lakin çöl fasadı saxlanılmışdı.  O vaxtkı rəsmi məlumatlara əsasən, binada bərpa işləri aparılırdı. Lakin martın 22 və 23-də  binanın fasadı tam olaraq sökülmüşdür və bununla binadan əsər-əlamət də qalmamışdır.

RATİ-nin qeyri-rəsmi mənbələrdən aldığı məlumata görə, sökülən binanın yerində ölkə başçısının tapşırığı ilə dörd mərtəbəli yeni bina inşa olunacaq.
Xatırladaq ki, 2006-cı ilin  noyabrınadək “Azadlıq” qəzeti ilə yanaşı Xəqani küçəsi 33-də Azərbaycan Xalq Cəbhəsi Partiyası, “Bizim yol” qəzeti, “Turan” İnformasiya Agentliyi, “Yeni nəsil” Jurnalistlər Birliyi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu yerləşirdi. Bütün bu qurumlar İqtisad Məhkəməsinin 2006-cı  ilin  noyabrın 24-də hökumətin siyasi sifarişinə uyğun  verilmiş məhkəmə qərarına əsasən elə həmin gün  zorla binadan çıxarılmışdılar. Məhkəmə qərarına əsasən Xəqani 33 ünvanında yerləşən bina Müəllimlərin Təkmilləşdirmə İnstitutuna verilib və Təhsil Nazirliyinin balansına keçirilmişdi. Lakin bir neçə ay sonra Nazirlər Kabinetinin qərarına əsasən bina Təhsil Nazirliyindən alınaraq  Hesablama Palatasının balansına verilib. Bu gün rəsmi iş günü olmadığı  üçün RATİ binanın sökülməsi  ilə bağlı heç bir rəsmi açıqlama ala  bilməyib.
*Binanın sökülməsini əks etdirən video çəkilişlər və foto-şəkillər RATİ tərəfindən lentə alınaraq aşağıdakı internet ünvanlarında yerləşdirilib:
 Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,29/
 Video: http://www.irfs.az/content/blogcategory/15/31/

                     http://youtube.com/watch?v=fIvo1_GXSDE 


Previous Post

BIÇAQLANMIŞ JURNALİSTİN İŞİ BAŞ PROKURORLUĞA VERİLİB

Next Post

HERKEL JURNALİSTLƏRİN İYUNA KİMİ AZADLIĞA BURAXILACAĞINA ÜMİD EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.