“XURAL” QƏZETİNİN BÖLGƏ MÜXBİRİ HƏBS EDİLİB

Sentyabrın 8-də “Xural” qəzetinin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyev saxlanılıb. Ona 12 sutka inzibati həbs cəzası verilib.

Bu barədə “Azadlıq” Radiosuna Lənkəran şəhər polisindən məlumat verilib. O, Sərpəkəran kənd dindarlarının şikayəti əsasında saxlanılıb. Polisdən verilən məlumata görə, Aydın Canıyev kənd məscidinin pəncərələrini qırmaqda və dindarları təhqir etməkdə ittiham olunur.

 ”Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı “Azadlıq” radiosuna deyib ki, o da müxbirin həbsi barədə məlumatı mətbuatdan oxuyub.

Əvəz Zeynallının sözlərinə görə,  sonuncu dəfə Aydın Canıyevlə sentyabrın 6-sı axşam görüşüb: ”Mənə dedi ki, şeyx və mollalarla bağlı qəzetdə gedən yazılarla bağlı məni şeyxin mühafizəçisi Bakıya çağırıb, hətta 40 manat yol pulumu da onlar verib. Deyilib ki, onun yazılarında dindarlarla bağlı bəzi düzgün olmayan məqamlar var. Dediyinə görə, o da həmin səhvlərin düzəldiləcəyinə söz verib. Mənə bunları dedi. Onun həbs olunması ilə bağlı məlumatı eşidəndən sonra onunla heç cür əlaqə saxlaya bilməmişəm”.

Əvəz Zeynallının sözlərinə görə, Aydın Canıyevin cənub bölgəsində dindarların fəaliyyəti ilə bağlı xeyli tənqidi yazıları olub. Onun deməsinə görə, həmin yazılarda daha çox Qafqaz müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi tənqid olunurmuş. Baş redaktor müxbirin  yazılarına görə həbs oluna biləcəyini deyir.

Previous Post

JURNALİSTLƏRİN HƏMRƏYLİYİ GÜNÜ MƏRHUM JURNALİSTLƏRİN MƏZARI BAŞINDA QEYD EDİLDİ

Next Post

REDAKTORLAR BİRLİYİNİN BƏYANATI!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.