“YENİ JURNALİSTİKA HƏRƏKATI” TƏSİS EDİLİB

Bu gün (24 may) İnsan Hüquqları Evində “Azadlıq” qəzetinin baş redaktoru Qənmət Zahidin bir qrup jurnalistlə birlikdə  təsis etdiyi “Yeni Jurnalistika Hərəkatı” təşkilatının təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən Qənimət Zahid bildirib ki, təşkilatın yaranması söz azadlığının təhlükəli vəziyyətdə olması zərurətindən irəli gəlib. “Azərbaycanda çox sayda jurnalist təşkilatı olsa da, onların əksəriyyəti fəaliyyətsizdir” – deyən Q.Zahid əlavə etdi ki, yaranmış təşkilata kömək edilməsi üçün bütün jurnalist təşkilatlarına müraciət edəcəklər. Əsasən gənc jurnalistlərin irəli çəkilməsi, onların maarifləndirilməsi işi ilə məşğul olacaqlarını deyən Q.Zahid təşkilatın ilk koordinatorunun “Azadlıq” qəzetinin əməkdaşı Ramin Deko olacağını dedi.
Tədbirdə çıxış edən digər media qurumlarının rəhbərləri və jurnalistlər də yeni yaranmış təşkilata dəstək verəcəklərini bildirdilər.
 
Previous Post

AZTV-NİN SEÇKİ PROSESİNDƏ İŞTİRAKI MİLLİ MƏCLİSİN SƏLAHİYYƏTİNDƏDİR

Next Post

İNZİBATİ BİNALARIN FOTO-VİDEO ÇƏKİLİŞİNİN APARILMASINI QADAĞAN EDƏN QANUNVERİCİLİK AKTI YOXDUR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.