“YENİ MÜSAVAT” QƏZETİNİN BAŞ REDAKTORU “MİLLƏTİM” QƏZETİNİN BAŞ MƏSLƏHƏTÇİSİNİ XÜSUSİ İTTİHAM QAYDAS

Bu gün (19 iyul) Nərimanov rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun “Millətim” qəzetinin baş məsləhətçisi Fərəməz Novruzoğluna  (Allahverdiyev) qarşı xüsusi ittiham qaydasında iddiası üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Hazırlıq iclasında iddiaçının nümayəndələri Məzahir İsrafilov və Vaqif Hüseyn və cavabdeh Fərəməz Novruzoğlu iştirak edirdilər.

 

İddiaçı  R. Arifoğlunun nümayəndəsi M. İsrafilov “Millətim” qəzetinin 10-16 iyun 2010-cu il tarixli N22 (063) sayındakı “Arifin oğlunun “şərəfi”” adlı məqalədə  F.Novruzoğlunun təhqiramiz ifadələrdən istifadə edərək, R.Arifoğlunun şərəf və ləyaqətinə toxunan ifadələr işlətdiyini bildirdi və xüsusi ittiham qaydasında iddianın icraata götürülməsini istədi.

 

F. Novruzoğlu iddia ərizəsində təvəllüdünün, qəzetin ünvanının düzgün göstərilmədiyini, bununla da Cinayət Prosessual Məcəlləsinin qaydalarına tam əməl edilmədiyini deyərək, iddianın icraata götürülmədən rədd edilməsi barədə vəsatət qaldırdı.

 

Hakim vəsatətlə bağlı qərarının müşavirə üçün fasilə elan etdikdən sonra açıqlayıb. O bildirib ki, xüsusi iddia icraata qəbul edilir və proses 26 iyul saat 10.30-a təyin edilir.

Xatırladaq ki, “Millətim” qəzetinin 10-16 iyun 2010-cu il tarixli N22 (063) sayındakı “Arifin oğlunun “şərəfi”” adlı məqalədə  şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edən “Yeni Müsavat” qəzetinin baş reaktoru Rauf Arifoğlu Allahverdiyev Fərəməz Novruz oğlu barədə Cinayət Məcəlləsinin 147.1 (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə cinayət təqibi başlanaraq, cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş edib.

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur. “Millətim” qəzeti isə 2009-cu ilin birinci yarısından fəaliyyətə başlayıb və həftədə 1 dəfə nəşr olunur.

 

Previous Post

MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASI MƏHKƏMƏ PROSESİNDƏN YAYINIR

Next Post

“YENİ MÜSAVAT” QƏZETİNİN “XURAL” QƏZETİNƏ QARŞI İDDİASI İCRAATA GÖTÜRÜLDÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.