“YENİ MÜSAVAT” QƏZETİNİN “XURAL” QƏZETİNƏ QARŞI İDDİASI ÜZRƏ PROSESDƏ İDDİAÇI TƏRƏFİN ÇIXIŞLARI DİNL

Bu gün (10 avqust) Nərimanov rayon məhkəməsində hakim Sevinc Alıyevanın sədrliyi ilə “Yeni Müsavat” qəzeti redaksiyasının və qəzetin baş redaktoru Rauf Arifoğlunun “Xural” qəzetinin redaksiyasına qarşı mülki iddiası üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə “Yeni Müsavat” qəzetinin nümayəndəsi Elşad Məmmədli, Rauf Arifoğlunun nümayəndəsi Vaqif Hüseyn və cavabdeh tərəfin nümayəndəsi qismində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı iştirak edirdi.
    İlk çıxış edən Vaqif Hüseyn bildirdi ki, iddiaya səbəb olmuş məqalədə  Rauf Arifoğlu və “Yeni Müsavat” qəzeti “mətbu reketçilik”də ittiham olunub. O, bununla da işgüzar nüfuza xələl gətirildiyini və Rauf Arifoğlunun şərəf və ləyaqətinin təhqir olunduğunu deyərək,  iddianın təmin olunmasını istədi.
    Daha sonra çıxış edən Elşad Məmmədli  iddianın təmin olunmasını xahiş etdi və vurğuladı ki, iddia təmin olunarsa, “Xural” qəzetinin atacağı addımdan asılı olaraq, maddi təzminatdan imtina edə bilərlər.
    Daha sonra Əvəz Zeynallı çıxış etməli olsa da, vaxtın olmadığını deyən hakim növbəti prosesi 24 avqust saat 16.00-a təyin etdi və bildirdi ki, proses cavabdehin çıxışı ilə davam edəcək.
            Xatırladaq ki, iddiaya “Xural” qəzetinin 6-12 dekabr 2009-cu il tarixli 045 (357) saylı buraxılışında çap olunmuş “Mehrac Babayevi kimlər vurur?” başlıqlı məqalə səbəb olub. Sözügedən məqalədə barəsində həqiqətə uyğun olmayan məlumatların yer aldığını hesab edən Rauf Arifoğlu, qəzetin təkzib verərək üzr istəməsi və “Xural” qəzetindən 25.000 (iyirmi beş min manat) tutularaq, “Yeni Müsavat” qəzetinin hesabına köçürülməsi barədə iddia qaldırıb.
           Qeyd edək ki, “Yeni Müsavat” qəzeti 1992-ci ildən fəaliyyət göstərir və gündəlik çap olunur. “Xural” qəzeti 2002-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb və həftəlik dərc olunur.
Foto:

http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,570/lang,az/

Previous Post

ATASI ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜB

Next Post

“OBYEKTİV” TV-NİN İNTERNET SAYTININ (WWW.OBYEKTIV.TV/) TƏQDİMATI KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.