YENİ XƏBƏR PORTALI FƏALİYYƏTƏ BAŞLAYIB

iyun 23rd, 2008

Bu gündən (23 iyun) etibarən lent.az onlayn xəbər portalı fəaliyyət göstərməyə başlayıb.

Portalda xəbərlər yalnız  Azərbaycan dilində hazırlanır. Portalda gündəlik xəbərlərlə yanaşı ən müxtəlif sahələri əhatə edən reportajlar, araşdırmalar və digər materiallar oxuculara təqdim olunacaq. Portalın baş redaktoru bu yaxınlarda fəaliyyətini dayandırmış “Gün səhər” qəzetinin baş redaktoru olmuş Qabil Abbasoğludur.