15 MİN BLOQÇUNUN İSTİFADƏ ETDİYİ AZERİBLOQ.COM FƏALİYYƏTİNİ DAYANDIRIB

Azərbaycanda populyar olan azeriblog.com saytı oktyabrın 20-dən səbəbi izah edilmədən bağlanılıb.

“Bizim yol” qəzetinin məlumatına görə, saytının sahibi İran vətəndaşı Fərhad Əsgərzadədir. İranda yaşayan Fərhad Əsgərzadə deyib ki, azeribloq.com   saytını yaratması virtual məkana marağından irəli gəlib. Saytda bloq yazarlarının sayı artdıqca qərara alıb ki, daha keyfiyyətli xidmət göstərmək üçün saytı pullu xidmətə keçirsin.

“15 min bloqçudan 1 il ərzində cəmi 100 nəfəri pul ödəmişdi.  Bu da 1000 manata qədər pul elədi. Ancaq mən ayda 200 dollara yaxın pul ödəyirdim. Serverin pulunu ödəyə bilmədik və nəticədə serveri bağladılar”, – deyə qeyd edəm  Fərhad Əsgərzadə deyir ki, saytın xərci borcunu ödəmədiyindən qərara alıb ki, azeriblog.com-u satışa çıxarsın.

“Azərbaycandan bir neçə şirkətlə danışdım, ancaq onlardan da bir xəbər çıxmadı. Sata bilməsəm də, özüm 1 həftəyə, ya bir aya axır ki, saytın fəaliyyətini bərpa edəcəm”, – deyə vurğulayan Fərhad Əsgərzadə söz verib ki, hətta saytın gələcəkdə fəaliyyəti bərpa olunmasa belə, o, imkan yaradacaq ki, bloq yazarları öz yazılarını Azeribloq.com-dakı bloqlarından götürə bilsinlər.

Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz isə deyib ki, azeriblog.com-da 15 mindən artıq bloq yazarının toplaşması ondan xəbər verir ki, həmin sayt tanınmış internet resurslarındandır və belə bir gərəkli internet resursun öz istifadəçilərinə qarşı sayğısız davranması ciddi məsələdir: “Fəaliyyətini dayandırmaq ərəfəsində istifadəçiləri mütləq xəbərdarlıq etməli idi. Könüllü xidmət göstərənlərlə bağlı bir qədər yumşaq yanaşma ola bilər, onlara etik qaydalara uyğun olaraq xəbərdarlıq oluna bilərdi”, – deyə qeyd edən Osman Gündüzün sözlərinə görə, azeriblog.com-un sahibi xarici vətəndaş olduğuna görə, saytın pullu istifadəçiləri məsələni hətta beynəlxalq məhkəməyə də çıxara bilərlər.

Previous Post

DEPUTATLIĞA NAMİZƏDLƏR SEÇKİ DAİRƏSİNDƏ CİDDİ QANUN POZUNTULARININ OLDUĞUNU BİLDİRİRLƏR

Next Post

JURNALİSTLƏRİN POLİSƏ QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.