AZTV “AMERİKANIN SƏSİ”NƏ XƏBƏRDARLIQ ETDİYİNİ TƏSDİQLƏDİ

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova bu cəmiyyətin "Amerikanın səsi" televiziyasına xəbərdarlıq məktubu göndərildiyini təsdiqləyib.

“Mediaforum” xəbər saytının məlumatına görə, X.Qasımova bildirib ki, buna Milli Televiziya və Radio Şurasından gələn məktub səbəb olub. Həmin məktubda şura xarici televiziya və radio verilişlərinin milli tezlikdə yayımlanmasının qanuna zidd olduğunu vurğylayıb.
Qeyd edək ki, AzTV-də "Amerikanın səsi"nin "News Flash" proqramı  yayımlanır. Ona görə də AzTV rəhbərliyi "Amerikanın səsi"nə məktub göndərərək 2009-cu il yanvarın 1-dən daha "News Flash" verilişini yaymayacağı barədə xəbərdarlıq edib.
Belə ki,  "Amerikanın səsi"ninAzTV-də yayımının dayandırılması ilə bağlı məlumatı    dünən (20 noyabr)"Turan" İnformasiya Agentliyi hökumətdəki mənbəyə istinadən yaymışdı.

Previous Post

ELAN!

Next Post

20 noyabrda helak olmus jurnalistler

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.