JURNALİSTİN EVİNƏ BASQIN EDƏN ŞƏXSİ SƏRBƏST BURAXAN POLİS, İNDİ DƏ HƏMİN ŞƏSXİ TAPA BİLMƏDİYİNİ DEYİR

Noyabrın  18-də gecə evinə basqın edilmiş  (http://www.irfs.az/content/view/1536/28/lang,az/)  “Ayna”və “Zerkalo” qəzetlərinin müxbiri,   Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun, habelə Böyük Britaniyanın Hərb və Sülh İcmalları İnstitutunun (iwpr.net) əməkdaşı  İdrak Abbasovun qardaşları ilə bərabər  yaxalayaraq polisə təhvil verdiyi şəxs sərbəst vuraxılıb. Bu barədə  RATİ-yə Abbasovun özü məlumat verib.

“Mən bu xəbəri dünən axşam “Azadlıq” radiosundan eşitdim. 40-ci Polis Bölməsinə zəng edərək hadisə ilə maraqlananda, həqiqətən də həmin şəsxin sərbəst buraxıldığını dedilər”, – deyə qeyd edən Abbasovun sözlərinə görə, hələ də baş vermiş hadisə ilə bağlı zəruri istintaq tədbirləri – hadisə yerinə baxış keçirilməyib, şikayətçi və şahidlərdən ifadənin alınmayıb. Ümumiyyətlə bu hadisə polisin vecinə deyil. Deyirlər ki,  o adamı güya  axtarırlar, tapa bilmirlər. Axı niyə onu axtarmalıdılar. Onu dərhal həbs edib, onunla bərabər evimə basqın edənləri axtarmalı idilər”.

    Qeyd edək ki, Abbasov evinə bir neçə şəxsin basqın etdiyini və onlardan birini qardaşları ilə saxlayaraq polisə təhvil verdiklərini bildirir.
 

Previous Post

ELAN!

Next Post

20 noyabrda helak olmus jurnalistler

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.