JURNALİSTİN İŞDƏN ÇIXARILDIĞI BARƏDƏ İDDİASI İLƏ AZTV RAZILAŞMIR

İyulun 11-dən 14-dək Ermənistana səfər edərək “Qafqazda informasiya azadlığı” adlı beynəlxalq konfransa qatılan jurnalist Asəf Quliyev “Media forum”a açıqlamasında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətindən (AzTV) çıxarıldığını deyib.

“Uşaq, gənclik və hərbi vətənpərvərlik” baş redaksiyasında çalışdığını deyən jurnalist bildirib ki, səfərdən qayıdandan sonra AzTV rəhbərliyi ona öz ərizəsi ilə işdən getməyi təklif etsə də, buna razılaşmayıb: “Mən səfərdə AzTV-ni təmsil etməmişəm. Həm də səfər mənim məzuniyyət müddətimə düşüb. Səfər barədə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovu məlumatlandırmaq üçün üç dəfə müraciət etmışəm. Lakin sədrin qəbuluna düşə bilməmişəm” – deyə A.Quliyev bildirib.

 

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova isə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna bildirib ki, jurnalist Asəf Quliyev AzTV-dən işdən çıxarılmayıb. O əlavə edib ki,  jurnalistlə bağlanmış müqavilənin müddəti iyulun 31-də bitib və uzadılmayıb. “Asəf Quliyev iyunun 14-dən 27-dək məzuniyyətdə olub, işə çıxdıqdan sonra Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinin müddət uzadılmayıb” – deyə X.Qasımova vurğulayıb.

 

Previous Post

KİV DƏ QARA PİAR MEDİA SEÇKİLƏRƏ NECƏ GEDİR MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Next Post

JURNALİST TƏQİB OLUNDUĞUNU BİLDİRİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.