MƏRHUM JURNALİSTİN ƏŞYALARI MÜSADİRƏ OLUNUB

Yasamal rayon məhkəmə icraçıları mərhum jurnalist, “Tolışi-Sədo” (“Talışın Səsi”) qəzetinin baş  redaktoru Novruzəli Məmmədovun  əmlakının müsadirə olunması barədə 3 il əvvəlki çıxarılmış hökmün icrasına başlayıblar.

Bu barədə bu gün (19 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) mərhum jurnalistin ailəsinin hüquqlarını müdafiə edən vəkil Ramiz Məmmədov məlumat verib.

Vəkilin sözlərinə görə, bir həftə əvvəl  Yasamal Rayon Məhkəməsindən  həmin əşyaların təhvil verilməsi haqda xəbərdarlıq edilib, lakin vaxtilə ailə məhkəmə orqanlarına müsadirəyə şamil edilən əşyaları götürməyi təklif edib, lakin onlar bunu etməyiblər:

“Yasamal Rayon Məhkəməsindən xəbərdarlıq edildi ki, 2008-ci il Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmündə göstərildiyi, ümumi dəyəri 600 manat hesablanan 1 kompüter stolu, 1 stol, 5 stul, İranda toxunmuş 1 xalça, 1 televizor və 1 fotoaparat dövlətə təhvil verilməlidir. Əks təqdirdə Novruzəli Məmmədovun həyat yoldaşı axtarışa veriləcək. Bu xəbərdarlıqdan sonra onun Moskvada müalicə olunan  yoldaşı Məryəm xanım avadanlıqları tapıb təhvil verməyimizi istədi. Sadalanan əşyalar təhvil verilib, amma stol, 1 stul, televizor və fotoaparatı tapa bilmədik”.

Xatırladaq ki, Novruzəli Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmə prosesində  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyəti talış olan baş redaktor özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.

            Qeyd edək ki, Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında 68 yaşında müəmmalı şəkildə vəfat edib. Mərhumun ailəsi bununla bağlı Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb və məhkəmə 27 yanvar  2010-cu il tarixdə tarixdə iddianı təmin etməyib. Həmin ilin 1 iyununda Bakı Apellyasiya Məhkəməsi ilkin məhkəmənin çıxardığı qərarı qüvvədə saxlayıb. 24 dekabr 2010-cu ildə Ali Məhkəmə işin yenidən apellyasiya məhkəməsinə qaytarılması barədə qərar verib. Rəsmi qurumlar onun beyin qansızması  nəticəsində dünyasını dəyişdiyini desələr də, Novruzəli Məmmədovun Hüquqlarının Müdafiə Komitəsi və ailə üzvləri baş redaktora lazımi tibbi yardım göstərilməməyi və düzgün müalicə olunmamağı nəticəsində öldüyünü bildirirlər.

Previous Post

VƏKİLİ AYDIN CANIYEVLƏ GÖRÜŞÜB

Next Post

HÜQUQ MÜDAFİƏÇİLƏRİ VƏ JURNALİSTLƏR CƏNUB BÖLGƏSİNDƏ OLUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.