“BAKI-XƏBƏR” QƏZETİNİN İNTERNET-SAYTI ÖZ FƏALİYYƏTİNİ BƏRPA ETDİ

“Bakı-Xəbər” qəzetinin intenet-saytı (www.baki-xeber.com) 2 illik fasilədən sonra öz fəaliyyətini bərpa edib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetinin baş redaktoru Aydın Quliyev məlumat verib: “2007-ci ilin may ayından etibarən “Bakı-Xəbər” qəzetinin çap olunmasında fasilələr yarandı və bu səbəbdən qəzetin internet-saytının da fəaliyyəti dayandırıldı. 2007-ci ilin sentyabr ayında qəzet yenidən işıq üzü görüb. Ancaq saytın fəaliyyəti məqsədli şəkildə bərpa edilməmişdir. Səbəb isə köhnə saytın yenilənməsi və fəaliyyətini bərpa etmiş qəzetin oxucu auditoriyasını artırmaq idi.”.
İndi isə oxucu kontingentini topladıqlarını deyən A. Quliyev, internet saytının fəaliyyətini bərpa etməyin vaxtının çatdığını vurğulayıb. A. Quliyev, həmçinin gələcəkdə saytın xəbərlərinin saatbasaat yenilənəcəyini də qeyd edib.
Previous Post

Mətbuat Şurası keçirdiyi monitorinqin ilkin hesabatını açıqladı

Next Post

“SƏRHƏDSİZ REPORTOYLAR” MAHAL İSMAYILOĞLUNA MADDİ YARDIM GÖSTƏRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.