“SƏRHƏDSİZ REPORTOYLAR” MAHAL İSMAYILOĞLUNA MADDİ YARDIM GÖSTƏRİB

“Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı “Yeni Müsavat” qəzetinin köşə yazarı Mahal İsmayıloğluna maddi yardım göstərib.

Bu barədə  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Mahal İsmayıloğlu, bu yardıma görə təşkilata minnətdarlıq etdiyini də söyləyib. Jurnalistin sözlərinə görə, bu yardım ona, ürəyindən əməliyyat keçirilməsinə ehtiyacı olduğu və fiziki vəziyyətinin ağır olması ilə əlaqədar ayrılıb. M. İsmayıloğlu sonda ona ayrılmış maddi yardımı zəruri dərmanların əldə edilməsinə xərcləyəcəyini qeyd edib.
Qeyd edək ki, M. İsmayıloğlu fevral ayının 14-də, ona qarşı 8 ay əvvəl açılmış cinayət işinin istintaqı ilə əlaqədar Abşeron Rayon Polis İdarəsinə çağırılmış və barəsində ölkəni tərk etməmək haqqında qətimkan tədbiri seçilmişdir. Köşə yazarı polis idarəsində ona qarşı irəli sürülmüş saxta ittihamlarla tanış olarkən özünü pis hiss etmiş və huşunu itirərək yerə yıxılmışdır. Təcili tibbi yardım vasitəsilə Mərkəzi Tibbi Klinikaya yerləşdirilən M. İsmayıloğlunun növbəti dəfə infarkt keçirdiyi məlum olmuşdur.
Xatırladaq ki, M. İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun ona qarşı olan şikayəti əsasında iyunun 27-də polisə çağırılmışdı. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu zibili onun qapısına tökdüyünə görə döyməsi olub. Bu səbəbdən M. İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin  221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə cinayət işi açılıb.
Previous Post

“BAKI-XƏBƏR” QƏZETİNİN İNTERNET-SAYTI ÖZ FƏALİYYƏTİNİ BƏRPA ETDİ

Next Post

YENİ RUS-DİLLİ XƏBƏR PORTALI FƏALİYYƏTƏ BAŞLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.