“BAKI VƏ BAKI KƏNDLƏRİNİN HÜQUQLARININ MÜDAFİƏ KOMİTƏSİ” TƏSİS OLUNUB

Bu gün (10 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Bakı və Bakı Kəndlərinin Hüquqlarının Müdafiə Komitəsi”nin (BBKHMK) təsis olunması ilə əlaqədar mətbuat konfransı keçirildi.

Komitənin təsisçilərindən olan Ələkbər Məmmədov bildirdi ki, BBKHMK-ni yaratmaqda məqsəd Bakı kəndlərində olan problemlərin həlli ilə məşğul olmaq və ən müxtəlif formalarda təzyiqə məruz qalmış sakinlərin hüquqlarını müdafiə etməkdir. Ə.Məmmədov onu da əlavə etdi ki, komitənin qeydiyyatı üçün  Ədliyyə Nazirliyinə müraciət ediləcək.
BBKHMK-nin sədri Rasim Əlizadə bildirdi ki, Bakı kəndlərinin əksəriyyətində komitənin nümayəndəlikləri yaradılıb. “BBKHMK sakinlərin sosial və hüquqi problemləri ilə bağlı təmənnasız xidmət göstərəcək” – deyən R.Əlizadə vurğuladı ki, komitənin 13 noyabr 2009-cu il tarixdə RATİ-nin mətbuat mərkəzində “Nardaran və Nardaranın problemləri” mövzusunda müzakirə keçiriləcək.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,361/lang,az/
Previous Post

SƏYYARƏ HEYDƏROVANIN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.